Yuxarı

Azərbaycanla Rusiya arasında yeni plan imzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada 10-cu “HeliRussia-2017” Beynəlxalq Sərgisi çərçivəsində Azərbaycanda helikopterlərin əsaslı təmiri və texniki xidmət üzrə servis mərkəzinin yaradılmasına dair danışıqların növbəti raundu keçirilib.

Bu barədə Axar.az-a "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə AZAL prezidenti Cahangir Əsgərov, “Vertoletı Rossii” Holdinqinin Baş Direktoru Andrey Boqinskiy, "Silk Way Holding"-in Prezidenti Zaur Axundov və “Silk Way Helicopter Services”in Baş direktoru Azər Sultanov iştirak ediblər.

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclasının qərarlarının yerinə yetirilməsi çərçivəsində tərəflər Azərbaycanda Rusiya və sovet istehsalı mülki və hərbi helikopterlərə texniki xidmət üzrə servis mərkəzinin açılmasına dair layihənin həyata keçirilməsində qarşılıqlı marağını təsdiqləyiblər.

Sözügedən layihə üzrə birgə işə 2016-cı ildə başlanılıb. Bakıda “ADEX 2016” sərgisi çərçivəsində "Silk Way Helicopter Services" və "Vertolyotı Rossii" Azərbaycan ərazisində Rusiya istehsalı Мi-8/17 tipli mülki helikopterlərin təmiri üzrə servis mərkəzinin açılmasına dair saziş imzalayıb: "Başlanan işin davamı olaraq 10-cu “HeliRussia-2017” Beynəlxalq Sərgisində AZAL prezidenti Cahangir Əsgərov və “Vertoletı Rossii” Holdinqinin Baş Direktoru Andrey Boqinskiy "Azərbaycan ərazisində Rusiya və sovet istehsalı mülki helikopter texnikasının təmiri və texniki xidmət üzrə servis mərkəzinin təşkili layihəsinə dair 2017-ci il üçün Əsas Tədbirlər Planı"nı imzalayıblar. "Silk Way Helicopter Services" şirkəti Azərbaycanın ən müasir aviasiya müəssisələrindən biridir. Aviaşirkətin helikopterləri hər il 50 mindən artıq sərnişin daşıyır. Hazırda şirkətin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına Sikorsky S-92A, Leonardo Helicopters AW139, Airbus Helicopters AS-332L1, Airbus Helicopters EC-155B1, Мi-8МТВ-1, Мi-8АМТ helikopterləri¸ həmçinin Cessna 172S tipli təyyarələr daxildir”.

"Vertolyotı Rossii" - Rusiyada helikopterlərin yeganə istehsalçısı, eləcə də dünyada müasir mülki və hərbi helikopterlərin layihələndirilməsi, istehsalı, sınağı və texniki xidmət imkanlarına malik azsaylı şirkətlərdən biridir. “Vertolyotı Rossii” holdinqi “Rostex” Dövlət Korporasiyasının strukturuna daxildir.

Tarix
2017.05.25 / 19:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla