Yuxarı

Erməni diplomatdan şok etiraf: Biz işğalçıyıq, Rusiyanın tələbi…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdakı status-kvo hər keçən gün Ermənistanın danışıqlardakı mövqeyini zəiflədir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan diplomatı Arman Məlikyan söyləyib.

“Qarabağın statusu məsələsi hələ də havadan asılı vəziyyətdədir. Əgər əvvəllər danışıqlar “ərazilər status qarşılığında” aparılırdısa, indi “ərazilər situasiyanın yaxşılaşdırılması qarşılığında”dır. 1993-cü ildə Ermənistan rəsmən Qarabağ konfliktinin iştirakçısı kimi tanınıb, nəticədə isə konflikt beynəlxalq səviyyəyə çıxıb. Azərbaycan Ermənistanı aqressor ölkə elan edib, Qarabağ rejimi isə danışıqlardan kənarlaşdırılıb. Problem Azərbaycan və Ermənistan konflikti kimi, Ermənistanın Azərbaycan ərazilərinin işğalı və heç bir şərt olmadan geri qaytarılması kimi qəbul olunub. Biz “danışıqlarla torpaqları verək, əvəzində Qarabağın özünü idarəetməsinin tanınmasını qazanaq” fəlsəfəsində əl çəkməsək, həm torpaqları itirəcəyik, həm də tanınmanı əldə edə bilməyəcəyik.

ATƏT-in Minsk Qrupunun həmsədrləri həll perspektivindən tez-tez danışırlar və deyirlər ki, onlar Madrid ssenarisi, yəni Ermənistanın işğal edilmiş torpaqları geri qaytarması ilə razıdırlar. Regionda kifayət qədər əlaqələri, təsiri və rıçaqları olan ölkə Rusiyadır. ABŞ torpaqların geri qaytarılması məsələsinə müdaxilə etməməlidir. Əgər torpaqların qaytarılması Rusiya tərəfindən təşkil edilsə, o zaman Rusiyanın Ermənistanda təsiri kifayət qədər zəifləyəcək. Onlar Ermənistanı itirməmək üçün bunu səbirlə gözləyə bilərlər. Aprel müharibəsi, yəqin ki, bu istiqamətdə addımların atılması üçün hazırlıq idi. O, çoxlarına düşünməyə imkan verdi. Bu gün ərazilərdə güzəşt gedilməsi məsələsinin Rusiya tərəfindən ciddi şəkildə qoyulması faktdır və bunun haqqında düşünməyə və nəticələrini başa düşməyə dəyər”, – deyə o bildirib.

Tarix
2017.05.26 / 13:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla