Yuxarı

İran 150-dən çox yük maşınımızı sərhəddə həbs edib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Biləsuvar rayonunda, İran İslam Respublikası ilə sərhəddə vəziyyət normallaşsa da, bu gün səhər saatlarında İranın sərhəd keçid məntəqəsində yeni qaydaların tətbiq etməsi ilə yenidən buraxılış məntəqəsində yük avtomobillərinin böyük növbəsi yaranıb.

ANS PRESS-in məlumatına görə, yeni qaydalara əsasən, qarşı tərəfə keçən avtomobillərinin yüklə birlikdə ümumi çəkisi 30 tondan yuxarı olmamalıdır. Sürücülərinin sözlərinə görə, İranın tətbiq etdiyi yeni qaydalar beynəlxalq yükdaşıma standartlardan xeyli fərqlidir.

Maraqlıdır ki, hər iki tərəfə sərbəst keçən İrana məxsus yük avtomobillərinin əksəriyyətinin yükü 30 tondan yuxarı olsa da, onların keçidində heç bir məhdudiyyətlər yoxdur. Sürücülər deyirlər ki, qarşı tərəfə keçən yerli avtomobillərindəki yüklərin çəkisinin azaldılması onların xərclərinin çoxalmasına, gəlirlərinin isə azalmasına səbəb olacaq.

Sərhəddən buraxılmayan bəzi yük avtomobil sürücüləri Biləsuvar sərhəd keçid məntəqəsində 30 tondan artıq olan yüklərini digər avtomobillərə boşaltmağa başlayıblar.

Qarşı tərəfdən gələn sürücülərin sözlərinə görə, dünən Biləsuvardan buraxılmış əksər yük avtomobilləri Culfa sərhəd keçid məntəqəsində saxlanıb. Sürücülərdən geri qayıdarıq yüklərinin çəkisinin azaltmaları tələb olunduğu bildirilir. Hazırkı saatlarda isə Naxçıvanda İranla sərhəddə 150-dən yuxarı yük avtomobili Muxtar Respublikaya buraxılmır.

Tarix
2013.11.17 / 15:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla