Yuxarı

Qarabağda tezliklə böyük sürpriz olacaq - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan masa arxasında oturmaqdan yayınmağa çalışır və danışıqların aparılması üçün mandatın Qarabağ separatçılarına verilməsini istəyir. Bu onların köhnə arzusudur.

Milliyol.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Ermənistan hökumətinin “DQR” separatçılarının danışıqlar prosesinə cəlb etmək istəyinə rəy bildirərkən “Exo” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, erməni tərəfi bu fikri ortaya ataraq rəy öyrənməyə çalışır.

“Əminəm ki, bu sərsəm ideya erməni tərəfinin köhnə arzusu olaraq qalacaq. Əgər bu günə qədər heç bir ölkə və təşkilat separatçıları tanımayıbsa, bundan sonra da buna cəhd etməyəcəklər. Hətta Ermənistanı da öz addımları qorxudur. Başa düşürlər ki, bir ehtiyatsız addım onlar üçün faciəyə səbəb olacaq”, - deyə polkovnik bildirib.

Üzeyir Cəfərov hesab edir ki, tezliklə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regionda çox böyük dəyişikliklər olacaq.

“Bunu ATƏT-in Minsk Qrupu, onun həmsədr ölkələri, regionun digər ölkələri də hiss edir. Qoy ermənilər başa düşsünlər ki, onlarla eyni masa arxasında oturmağa heç kim razı deyil. Bir sözlə, ermənilər hər cür sürprizə hazır olmalıdırlar. Azərbaycanın uğurlu diplomatik addımları nəticəsində ermənilər bu dəyişikliyi çox yaxından hiss edəcəklər”, - deyə polkovnik bəyan edib.

Ekspertin sözlərinə görə, separatçı ermənilərin limiti dolub. Onlar düzgün seçimə hazır olmalıdırlar. Onlar ya Azərbaycanın qanunları çərçivəsində yaşamalıdırlar, ya da özlərinə başqa ölkə axtarmağa məcbur olacaqlar.

Tarix
2017.05.27 / 21:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla