Yuxarı

Ermənilər üçün arzuolunmaz Qarabağ həlli...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin əməkdaşlarının 30-40 faizi ixtisara salınacaq.

İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan "Qraparak" qəzeti yazır.

"Sən demə, parlamentin 800 əməkdaşından 30-40%-i ümumiyyətlə işə gəlmir, amma işçi kimi adları siyahıda var və maaş alırlar", - deyə nəşr vurğulayır.

Qəzet bu qədər artıq əməkdaşın olmasının sirrini də açır - parlamentin keçmiş spikerləri Ovik Abramyan və Qalust Saakyan müxtəlif ziyalıları ekspert və müşavir qismində parlamentlə əməkdaşlığa cəlb eləmişdi. Hər halda, bu, ziyalıların müəyyən qədər vəziyyətinin yaxşılaşmasına imkan verirdi. İndi isə Ermənistan büdcəsi bu əməkdaşları maaşla təmin etmək iqtidarında deyil, ona görə də 250-yə yaxın ziyalının maaşsız qalmasına bu cür don geyindirirlər.

Bu, Ermənistanda onsuz da yüksək olan işsizlik göstəricisini bir qədər də artıracaq. Ermənistan əmək və sosial problemlər naziri Araik Petrosyanın etirafına görə, ölkədə rəsmi işsizlik göstəricisi 18% təşkil edir. Bu, təbii ki, Azərbaycanın 6%-ə və Gürcüstanın 11,8%-ə bərabər göstəricisi ilə müqayisədə xeyli yüksəkdir. Ermənistanın rəsmi göstəricsi Avropanın böhran içində çabalayan İspaniya (18%) və Yunanıstan (24%) kimi ölkələrinin göstəricisinə yaxınlaşır.

Əslində, Ermənistanda real işsizlik səviyyəsi daha yüksəkdir. Ölkədən Rusiyada 650 min adamın əmək miqrantı kimi işlədiyi nəzərə alınarsa, Ermənistanda real işsizlik səviyyəsinin 30%-dən yüksək olduğunu ehtimal etmək mümkündür. Bunu ölkə üzrə yoxsulluq səviyyəsinin həddindən yüksək olması da isbatlayır. İrəvanda dərc olunan “168 jam” qəzetinin yazdığına görə, Dünya Bankının normativləri ilə hesabladıqda Ermənistanda əhalinin 76%-i yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Bu həm də ölkədən əhalinin miqrasiyasını gücləndirir.

Demoqraf Ruben Yeqanyanın 2016-cı ilin sonlarında verdiyi açıqalmaya görə, bu, ölkədən birdəfəlik miqrasiyanı gücləndirir. Rəsmi göstəricilərə görə, hər il Ermənistanı 10 minə yaxın ailə tərk edir, amma erməni eksertlər real miqrasiyanın 20 min ailəyə qədər yüksəldiyini ehtimal edirlər.

Erməni professor Tatul Manaseryan ölkədən miqrasiyanın kökündə Qarabağ münaqişəsinin durduğunu bildirir: "Ermənistanın geosiyasi vəziyyəti, dənizə çıxışın olmaması, iki qonşu ilə sərhədlərin bağlı olması nəzərə alınmalıdır. Bu amillər bizim ölkəni daha zəif vəziyyətə salır", - deyə Manaseryan vurğulayır.

Yəni məsələ aydındır, Ermənistan onu məhvə aparan bu bəladan xilas olmaq üçün Qarabağ münaqişəsini həll etməlidir. Münaqişənin həlğ yolu isə Azərbaycan ərazi müstəqilliyini tanımaqdan və Ermənistan ordusunun işğal edilmiş torpaqlardan çıxarılmasından keçir. Əks halda, əksər qərb ekspertlərinin verdiyi proqnozlar gerçəkləşəcək və 2050-ci ildə Ermənistanda real əhali sayı 800 minə düşəcək. Bu isə elə də uzaq olmayan gələcəkdə Ermənistanın xaraba evlərdən ibarət ölü zonaya çevrilməsi deməkdir.

Artıq Zəngəzur, Göyçə və Lori mahallarında bu proses başlayıb. Bu qış Göyçənin Zərkənd kəndində çəkiliş aparmış “Heqt.am” xaraba evlərin ortasında yaşayan bir ailəni təsvir edib. Halbuki, indi adı Kuta çevrilmiş bu kənddə 1990-cı illərin ortalarında 400-ə yaxın ailə məskunlaşmışdı. Erməni mətbuatının yazdığına görə, 300-ə yaxın kənddə vəziyyət belədir, 100 kənd isə tamamilə ləğv edilib. Ermənistanda isə rəsmi olaraq cəmi 900 kənd var. Yəni kəndlərin 40 faizi məhv olub.

Tarix
2017.05.27 / 22:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla