Yuxarı

Ankarada Qarabağ parkı açıldı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada, Pursaklar bələdiyyəsi ərazisində Azərbaycan və Türkiyə millət vəkillərininin, ziyalılarının, türk dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış aydınların, Pursaklar bələdiyyə başqanının, QHT, KİV rəhbərləri və yüzlərlə yerli sakinin iştirakı ilə Qarabağ parkının açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, mərasimdə çıxış edən Pursaklar bələdiyyə başqanı Səlcuq Çətin bildirib ki, fevral ayında Pursaklarda Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı konfrans verən millət vəkili Qənirə Paşayeva Pursaklarda Qarabağ parkı təklifi ilə çıxış etdiyi zaman bir bələdiyyə başqanı olaraq qısa zamanda bu təklifin reallaşacağını söyləmişdi və bu gün bu parkın açılışını həyata keçirməkdən çox məmnundur. Azərbaycana böyük sevgi bəslədiyini deyən bələdiyyə başqanı Səlcuq Çətin və Ankara millət vəkili, sabiq baş nazir müavini Əmrullah İşlər çıxışları zamanı bildiriblər ki, Qarabağ, Xocalı soyqırımı bütün türklərin ağrısıdır.

Parkın açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva Pursaklar bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür edərək, Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsi, beynəlxalq təşkilatların bunun üçün rəsmi İrəvana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə geniş çıxış edib. Q.Paşayeva bildirib ki, Azərbaycan və Türkiyə Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin söylədiyi kimi bir millət, iki dövlətdir və bu gün Ankarada Pursaklarda Qarabağ parkının açılışı dosta da, düşmənə də ciddi bir mesajdır.

Q.Paşayeva bildirib ki, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB olaraq bu işə dəstək olmaqdan böyük məmunluq duyur və bu işə dəstək olan hər kəsə təşəkkürünü bildirir. Millət vəkili Ankarada bu parkın açılmasından sonra bir çox bələdiyyələrin də bu addımı atacağına ümid etdiyini deyib.

Millət vəkili Elman Nəsirov da Qarabağ problemi ilə bağlı geniş çıxış edərək, bu cür layihələrin önəmini xüsusi vurğulayıb. Elman Nəsirov iki qardaş ölkənin birlikdə bu problemin həlli istiqamətində gördüyü önəmli işlərdən danışıb.

İraqdan gəlmiş sabiq türkman millət vəkili, dəyərli ziyalı Fövzi Əkrəm Terzioğlu çıxışında bu tədbirdə iştirakdan böyük məmnunluq duyduğunu deyərək, Qarabağ və Kərkük ağrılarını dilə gətirib. Fövzi Əkrəm Terzioğlu bələdiyyə başqanından Kərkük adı daşıyan bir parkın açılması xahişi ilə də çıxış edib.

Onun bu çıxışını millət vəkili Q.Paşayeva və Ankara millət vəkili Əmrullah İşlər də dəstəkləyib. Bələdiyyə başqanı Səlcuq Çətin isə yaxın zamanlarda Kərkük adını daşıyacaq parkın da açılacağına söz verib.
Millət vəkili Q.Paşayeva Azərbaycan nümayəndə heyəti adından bələdiyyə başqanına və Əmrullah İşlərə Heydər Əliyev Fondunun hazırladığı muğam musiqilərimizin kataloqunu və Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materialları hədiyyə edib. Tədbirdə Azərbaycandan həmçinin Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, “Altes Plasa” şirkətlər qrupunun təmsilçisi Naibə Abdullayeva, iş adamı Yılmaz Okuklu, jurnalist Mətanət Ağamirli, şair İbrahim İlyaslı, sənətçilər də iştirak ediblər.

Tarix
2017.05.27 / 22:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla