Yuxarı

Dünyanın ən məşhur politoloqu öldü - Şərhlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bjezinskinin əsas fəaliyyəti politoloq kimi dünyada gedən siyasi proseslərə qiymət vermək, gələcəyin uğurlu mənzərəsini və dünya düzənini proqnoz etməkdən ibarət idi. Verdiyi proqnozların özünü doğrultması baxımından Bjezinski çox populyar idi.

Bu sözləri ABŞ-ın eks-prezidenti Cimmi Karterin Milli Təhlükəsizlik üzrə müşaviri, məşhur siyasi xadim Zbiqnev Bjezinskinin vəfatı ilə bağlı fikirlərini Axar.az-a açıqlayan tanınmış politoloq Qabil Hüseynli deyib. Q.Hüseynli bildirib ki, mühacir polyak ailəsində anadan olan siyasətçi Harvard Universitetini bitirmişdi və çox istedadlı idi:

“Fəaliyyəti sosializm və kapitalizmin qarşı-qarşıya gəldiyi Soyuq müharibə dönəminə düşsə də, o öz vəzifəsinin öhdəsindən gələ bilmişdi. Milli təhlükəsizlik məsələləri üzrə köməkçi işlədiyi dönəm Bjezinskinin fəaliyyəti üçün uğurlu sayıla bilər. Daha çox SSRİ-nin dağılmasına dair proqnozları ilə məşhurlaşan politoloq tarixdə iz qoyan və tarixi proseslərdə fəal iştirak edən şəxsiyyətlərdən hesab olunurdu”.

Politoloq Elxan Şahinoğlu qeyd edib ki, Bjezinski zamanın ən təcrübəli siyasi şərhçilərindən biri idi: “Uzun müddət dövlət vəzifəsində çalışmışdı. Təcrübəli diplomat idi, vəzifədən uzaqlaşandan sonra Amerika siyasətinə dair çox məzmunlu kitablar yazdı. Ən başlıcası isə odur ki, onun əksər proqnozları özünü doğruldub. Bjezinski SSRİ-nin dağılacağını təkcə proqnoz kimi yox, əsaslandırılmış şəkildə göstərib. Ona görə də onun fikirlərinə, proqnozlarına inam böyük idi. Bjezinskinin “Böyük şahmat taxtası” kitabı çox məşhurdur”.

E.Şahinoğlu Bjezinskinin ən fərqli cəhətini belə xarakterizə edib: “Onu digər tanınmış siyası şərhçilərdən fərqləndirən əsas cəhət məsələlərə qlobal baxışı idi. O, detallara çox varmırdı, dünyanın necə bölünəcəyini, hansı dövlətlərin asılı, hansının isə konkret olaraq dağılacağını proqnazlaşdıran dərin bir siyasətçi idi”.

Ekspert İlqar Vəlizadə də Bjezinskini ABŞ-da qəbul olunmuş bir çox mühüm siyasi qərarların həmmüəllifi və ABŞ siyasətinin yönverənlərindən biri kimi xarakterizə edib:

“O, Amerikanın Yaxın Şərq siyasəti, xüsusilə də SSRİ ilə bağlı məsələlərdə həlledici sözə malik olub. ABŞ-ın eks-prezidenti Cimmi Karter onun sözlərinə çox böyük diqqət yetirirdi. Onun yanaşmaları demək olar ki, konkret praktikada tətbiq edilirdi. Ümumiyyətlə, Bjezinski dünya tarixinə və siyasətinə kifayət qədər təsiri olan bir siyasətçi idi. Eyni zamanda, o, maraqlı geosiyasi nəzəriyyəçi idi. Onun əsərləri indi də çox maraqla oxunur. Düzdür, bu əsərlərdə müəyyən ziddiyətlər var və bəzən onun fikirlərinə tənqidi də yanaşılır. Buna baxmayaraq, onun əsərləri hələ də aktualdır və geosiyasi elmin nəzəriyyəsində mühüm rol oynayır. Əgər bu günə qədər nəzəriyyəçilər, siyasətçilər, tənqidçilər onun fikirlərinə münasibət bildirirdisə, indi onlara gələcək nəsillər və tarix qiymət verəcək”.

Qeyd edək ki, məşhur siyasətçi Zbiqnev Bjezinski ötən gün 89 yaşında dünyasını dəyişib.

Tarix
2017.05.28 / 10:24
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla