Yuxarı

Prezidentin Ermənistana xüsusi İrəvan – Mesajı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə rəhbəri Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini dəfələrlə vurğulayıb. Çünki Ermənistan buna bir dəfə cəhd edib və qatı imperialist dövlətlərin bilavasitə təzyiqi altında Azərbaycan torpaqları hesabına Ermənistan dövlətini yaradıb.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışı ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, prezidentin məhz belə bir gündə 1918-ci ildə İrəvanın Ermənistana verildiyini vurğulaması Ermənistana və onun havadarlarına ciddi mesaj idi:

“Bildiyiniz kimi, Zaqafqaziya Seymi dağıldıqdan, yəni Rusiyada burjua demokratik inqilabı baş verdikdən sonra bu ərazilərdə müstəqillik hərəkatı başladı. O zaman ermənilərin bir dövlət kimi özlərini sübut etməyə torpağı yox idi və cəmi 10 min kv.km ərazisi var idi. İngiltərənin və digər Avropa ölkələrinin başçılığı altında əvvəl Qarabağ mahalının Zəngəzur əyaləti, daha sonra Göyçə və Dərələyəz Ermənistana verildi. Sonradan Ermənistanın Azərbaycan torpaqları hesabına bu ərazisi genişləndirildi. Ancaq əsas məsələ Ermənistanın paytaxtı idi. Bu vaxt Azərbaycan hökuməti həm Qarabağda üsyan qaldırmış erməni separatçılarına qarşı vuruşurdu, Dərələyəzdə döyüşlər gedirdi. Beləlikə, Azərbaycan Xalq Cümhuriyyəti ilə danışıqlar aparıldı və bu ərazilərdə at oynadan ingilis generalı Tomson İrəvanın paytaxt edilməsi üçün Azərbaycan hökumətinə ciddi təzyiq göstərdi. Nəticədə İrəvanın Ermənistana 99 illiyinə icarəyə verilməsinə dair irəli sürülən kompromis razılaşdırıldı. Ancaq ermənilər və onların himayədarlarının icarə adı altında əsl niyyəti İrəvan idi. Beləcə Azəbaycan torpaqlarının peşkəş verilməsi hesabına və rusların köməyi ilə ermənilər torpaqlarımızda dövlət yaratdılar. Bundan sonra isə bolşeviklərin köməyi ilə Meğri, Zəngəzur, Qafan və digər ərazilərimizi əlimizdən aldılar, bununla kifayətlənməyib, Dağlıq Qarabağa da muxtariyyət qazandılar.

İndiki Ermənistan ərazisində olan ermənilərin çoxu Türkiyə, Suriya və İrandan köçürülənlərdir. Dağlıq Qarabağdakı ermənilərin böyük bir qismi isə erməniləşmiş albanlardır. Bütün bunlar onu göstərir ki, ərazilərimizin bölüşdürülməsi böyük güclərin iradəsi hesabına həyata keçirildi və bu zaman xristian faktoru ön plana çıxdı. Rusiya müsəlman əyalətlərində ermənilərdən ibarət bir xrsitian anklavının yaranmasını həyata keçirdi. Dağlıq Qarabağ və onun ətrafındakı rayonların işğalı da məhz bu siyasətin davamı idi. Bunun nəticəsidir ki, Ermənistan bu gün də işğalçılıq siyasətini həyasızcasına davam etdirir”.

Politoloqun sözlərinə görə, prezidentin çıxışındakı bu məqam çox mühüm xəbərdarlıq sayıla bilər:

“Bizim istiqlalımız çox çətin bir şəraitdə formalaşıb. Biz bu istiqlalı təkcə ermənilərlə deyil, həm də onlara böyük dəstək verənlərlə mübarizədə əldə etmişik. Bəli, cənab prezidentin vurğuladığı kimi, Qarabağ məsələsi Helsinki yekun aktı əsasında həll olunmalıdır. İkinci Dünya müharibəsindən sonra formalaşmış sərhədlər dəyişdirilə bilməz. Məhz bu prinsip bu gün Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini ortaya qoyur. Bu, beynəlxalq hüququn bir nömrəli elementinə çevrildi və öz müqəddaratını təyinetmənin üstündən birdəfəlik xətt çəkdi. Qərb də hesab edir ki, ərazi bütövlüyü məsələsi münaqişələrin həll yollarının əsas prinsipi olaraq qəbul edilməlidir. Çox təəssüf ki, hələ buna sona qədər nail olmamışıq. Postsovet məkanındakı bütün münaqişələr eyni xarakterlidir və ona görə də yanaşmalar da eyni olmalıdır. Bu gün Gürcüstanın və Moldovanın ərazi bütövlüyünə olan dəstək Azərbaycana göstərilməlidir. Ötən ilin sonunda Varşavada NATO-nun sammitində bəyan edildi ki, postsovet məkanındakı bütün münaqişələr eyni hərəkət trayektoriyasına malik olduğuna görə, ərazi bütövlüyü prinspi əsasında həll edilməlidir. Dövlət başçısının bu fonda çıxışı və verdiyi bütün bu mesajlar əslində, Qarabağda status-kvonun saxlanılmasının bu şəkildə davam etməyəcəyinə dair bir işarə idi”.

Tarix
2017.05.28 / 10:12
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla