Yuxarı

Qarabağdan narkotiklər Avropaya daşınır - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO PA-nın Tbilisidə keçirilən Elm və Texnologiya Komitəsinin iclasında Azərbaycanın işğal olunmuş ərazilərindəki ekoloji vəziyyət diqqət mərkəzində olub.

Report xəbər verir ki, Milli Məclisin deputatı Məlahət İbrahimqızı iclasda ermənilərin işğal olunmuş ərazilərimizdəki vandalizmdən danışıb.

Komitə iclasında Orta Şərqdə müharibələrin ekoloji tarazlığa vurduğu zərbə, ətraf mühitin çirklənməsi, həmin ölkələrin iqtisadiyyatına və əhalinin sağlamlığına, təbii ehtiyatlara vurduğu ziyan barədə məruzə dinlənilib.

Məruzə ətrafında çıxışlar zamanı Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edib. O, Cənubi Qafqazda mövcud olan problemlərədən danışıb, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

"Bu gün toplaşdığımız Tbilisi şəhəri Orta Şərqdən təxminən 400 kilometr uzaqdadır. Tbilisidən təxminən bir o qədər də məsafədə Azərbaycanın Ermənistan tərəfindəm işğal olunmuş Dağlıq Qarabağ bölgəsi yerləşir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında – Dağlıq Qarabağda və ona bitişik 7 rayonun ərazisində ekoloji sistem tam pozulub. Ermənilər bu bölgələrdə mədəniyyət abidələri, təbii sərvətləri talan edib, ekoloji sistemə ciddi ziyan vurublar. Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının radioaktiv tullantıları işğal olunmuş Azərbaycan ərazilərində basdırılır. İşğal olunmuş ərazilərdə yetişdirilən narkotiklər isə Avropaya daşınır", - deyə o bildirib.

M.İbrahimqızı bu cür tullantıların təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Avropanın özü üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib. Qeyd edib ki, artıq bir neçə gündür ki, ermənilər işğal etdikləri Cəbrayıl rayonu ərazisindəki meşələri yandırıblar və yanğın bu gün də davam edir.

Məruzəçi bu məsələnin həqiqətən də çox vacib olduğunu vurğulayıb və bildirib ki, deyilən faktlar ciddi narahatlıq doğurur. Bu məsələlərlə əlaqədar komissiya yaradılmalı və ciddi araşdırılmalıdır.

Tarix
2017.05.28 / 20:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla