Yuxarı

Ciqanyandan digər satqın erməniyə - Cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 27-də gecə hazırda Ukraynada olan Vahan Martirosyan video-müraciət yayaraq, peşman olduğunu bildirib, erməni xalqından üzr istəyib və Azərbaycan əleyhinə ağır ifadələr işlədib.

Axar.az xəbər verir ki, iki il əvvəl Azərbaycana sığınan və haqqin.az saytında çalışan Martirosyanın bu əməlini sözügedən sayt erməni xüsusi xidmət orqanlarının təsiri ilə yayılan video-müraciət adlandırıb.

Daha sonra isə erməni xüsusi xidmət orqanları və bloggerləri tərəfindən aktiv şəkildə paylaşıldığı bildirilən bu video-müraciətə “Sülh Platforması”nın üzvü, hazırda haqqin.az-da çalışan Süzan Ciqanyanın cavabı dərc edilib.

Sözügedən cavabı təqdim edirik:

“Vahan Martirosyan - "Ermənistan-Azərbaycan Sülh Platforması” iştirakçılarından biri uğurlu işlərdən altı ay sonra gözlənilmədən öz mövqeyini dəyişdi və bildirdi ki, o, səhvə yol verib.

O “öz peşmanlığını” və müraciətini erməni xalqına etdiyini deyir, əslində isə o, Ermənistan hakimiyyətini müraciət edib. Və guya Azərbaycanın “aqressiv siyasəti”ni ifşa etmək qərarına gəlib.

Bu fərdin axmaqlığı məsələsi mübahisə predmeti deyil. Çünki onun məhdud ağıl imkanlarına sahib olduğu təkcə İrəvanda yox, həm də Bakıda hər kəsə məlumdur. Amma o təkcə səfeh deyil, həm də özündən müştəbeh səfehdir.

Eyni zamanda, ağıllı politoloq, peşəkar publisist, görkəmli natiq rolunu oynamağa iddialı adam olsa da, o, "analitik" siyasətdən tamamilə heç nə anlamır. O ki jurnalistikaya, Martirosyan iki sözü ardarda düzüb cümlə qura bilmir.

Uzun müddət mən özüm onun “analitik yazıları”nda çoxsaylı orfoqrafik və məzmun səhvləri düzəltmişəm.

İki il Azərbaycanda haqq etmədiyi firavan gəzintilərdən sonra birdən yadına düşdü ki, o, öz sözləri ilə desək, “ermənidir, anladı ki, axmaqdır və erməni xalqından peşmanlıq müraciəti etmək qərarına gəldi”.

Onun özünü “axmaq” adlandırması ilə tamamilə razıyam, baxmayaraq ki, gəvəzəliyinə qiymət verməyə ehtiyac görmürəm: Martirosyan kritik durumda olarkən yardım üçün yalvarışlarına cavab verən və ona kömək əli uzadan insanları indi şantaj edir. Axı Sərkisyandan canını qurtaran martirosyan Azərbaycanın kölgəsinə sığınıb, Azərbaycan xalqının çörəyini yedi. Onun oğlu Azərbaycanda doğuldu və oğluna azərbaycanlı adı – Emin qoydu.

İndi bu “peşman olmuş axmaq” özünü nə hesab edir? Bəlkə elə bilir ki, 18 yaşlı cavan oğlandır və nə etdiyi haqda heç bir təsəvvürü yoxdur?

Yox, söhbət yetkinlik yaşına çatmış, iki uşaq atası olan yekə kişidən gedir.

Onu tanıyan insanlar yaxşı bilirlər ki, hazırkı “peşmanlığı” nəyə xidmət edir. Onun bütün hərəkətlərinin və sözlərinin arxasında maddi maraq durur.

Özünü hamıdan ağıllı sayan bu avantürist özünü gah müxalifətçi, gah həqiqət carçısı, gah da fərqli mövqeyinə görə təzyiqlərə məruz qalan azad düşüncə tərəfdarı kimi qələmə verir. Lakin onun "ürəkağrıdan" deklarasiyaları işə yaramayanda o öz boş, mənasız və prinsipsiz həyatını tox və təminatla yaşamaq üçün yeni sponsorlar axtarışında öz düşüncə tərzini dəyişir.

Bu bədbəxt adam yeni sponsorlar və dəstəklər tapa bilmək üçün kardinal şəkildə öz mövqeyini dəyişir.

Xatırladaq ki, hələ yarım il öncə bu boşboğaz "azadlıq carçısı" bəyan edirdi ki, Dağlıq Qaarabağ münaqişəsi erməni hökumətinin hakimiyyətdə qalması və erməni xalqını talan etməsi üçün yeganə vasitədir. Sual olunur: Altı ay ərzində nə dəyişdi? Heç nə. Sadəcə olaraq bu fərd daha artığına layiq olduğu qərarına gəldi. O səmimi-qəlbdən inanırdı ki, boşboğazlığı hesabını Azərbaycan dövləti onun əyyaş, mənasız həyatını sürə bilməsi üçün ömrünün axırınacan onu maddiyyatla təmin edəcək.

Amma alınmadı - rəsmi Bakı onun kim olduğunu tez bir zamanda müəyyən edə bildi. Və Martirosyan hiss edəndə ki, ayağı yerdən üzülür, yaxşılıq və insaniyyət gördüyü insanları şantaj etməyə başladı.

Odur ki, bu gün onun cəfəng sözlərinə dəyər vermək məsləhət deyil. Onun yeni mövqeyini dəyərləndirmək və bu mövqeyə şərh vermək belə lazım deyil. Çünki axmaqla mübahisə edərkən özün də ağlını itirmək təhlükəsi ilə üzləşirsən.

İncildə apostol Yakov bu haqda deyib:

"Fikirləri haçalanan insanın heç bir yolda mətnliyi olmaz".

Tarix
2017.05.29 / 14:18
Müəllif
Rəfiqə Əlisafa
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla