Yuxarı

Daha bir ölkə mediası 1918-ci il 28 maydan yazdı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Monteneqronun böyük oxucu kütləsinə malik “CDM” internet portalında “99 il əvvəl Azərbaycan İslam dünyasının ilk demokratik dövləti olmuşdur” başlıqlı məqalə dərc edilib.

Məqalədə qeyd olunur ki, Azərbaycan xalqının çoxəsrlik məşəqqətli tarixində şərəflə andığı mübarizə günlərinin çox olmasına baxmayaraq, 28 may 1918-ci il xüsusi yer tutur. Belə ki, bu gündə Azərbaycan müsəlman Şərq dünyasında ilk demokratik parlamentli respublika olub. Qısa müddət yaşamasına rəğmən, İstiqlaliyyət Bəyannaməsində əksini tapmış mütərəqqi ideyaların bir sıra ölkələr üçün örnək olduğu bildirilib. İstiqlaliyyət Bəyannaməsinə istinad olunan yazıda deyilir:

“Bu gündən etibarən Azərbaycan Cənubi və Şərqi Zaqafqaziyadan ibarət suveren, müstəqil bir dövlətdir.

Müstəqil Azərbaycan dövlətinin idarəçilik forması demokratik respublikadır.

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və xüsusilə də qonşu millət və dövlətlərlə dostluq münasibətləri qurmaq qərarındadır.

Azərbaycan Xalq Cümhuriyyəti milli, dini, sinfi, peşə və cinsi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına tam siyasi və vətəndaşlıq hüquqlarını təmin edir.

Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bütün millətlərə sərbəst inkişafları üçün şərait yaradır.

Milli Məclis toplanana qədər ali hakimiyyət ümumseçilmiş Milli Şuraya və Şura qarşısında məsul olan müvəqqəti hökumətə həvalə olunur”.

Məqalədə 1920-ci ilin aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən işğal olunduğu və ancaq 71 ildən sonra müstəqilliyini bərpa etdiyi, XX əsrin əvvəllərində azərbaycanlıların öz ölkələrində ermənilər tərəfindən böyük soyqırımına məruz qaldığı qeyd olunub. Azərbaycan xalqına qarşı soyqırımı aktının dünyada az bənzəri olduğu vurğulanıb. Bildirilir ki, 1998-ci ilin martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Azərtac

Tarix
2017.05.29 / 17:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla