Yuxarı

Klintondan Əliyevə gizli məktub – Bjezinski nələr yazmışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ siyasətinin xaç atalarından hesab olunan Zbiqnev Bjeziniski 89 yaşında öldü. Amerika üçün xarici siyasətə yön verən, dünya üçünsə ən böyük siyasi nəzəriyyəçi olaraq tarixə düşən Bjeziniskinin 1990-cı illərdə Bakı səfəri Azərbaycan tarixində də xüsusi iz buraxıb.

Publika.az xəbər verir ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində Bakıda məcazi mənada desək ABŞ-Rusiya müharibəsi gedirdi. Nəticə göstərdi ki, qazanan tərəf Qərb oldu. Bu prosesin pərdəarxası məqamları Bjeziniskinin “İkinci şans” kitabında əksini tapır.

Məşhur siyasətçi kitabında yazır: “Bill Klinton rus imperializminin dirilməsinə maneə olan, ABŞ tərəfindən dəstəklənən Bakı-Tiflis-Ceyhan neft kəməri üçün təriflənməyə layiqdir. Bu boru kəmərinin çəkilməsi nəticəsində Qərb Xəzər dənizi və Mərkəzi Asiyadakı neftə birbaşa çıxış əldə etmişdi. 1995-ci ilin oktyabrında, yəqin ki, əvvəllər ABŞ-ın bu təşəbbüsünü müdafiə etdiyim üçün Klinton və onun milli təhlükəsizlik üzrə məsləhətçisi məndən Klintonun şəxsi məktubunu Azərbaycan Prezidenti Heydər Əliyevə çatdırmağımı, onunla belə bir boru kəmərinin Azərbaycana gətirəcəyi uzunmüddətli faydalar barəsində danışmağımı xahiş etdilər. Bu barədə müsbət qərar vermək üçün Rusiyanın bütün Azərbaycan neftini, sadəcə, Rusiya ərazisindən ixrac olunması ilə bağlı Moskvanın davam edən tələblərini Azərbaycan rədd etməli idi. Gündüz eksklüziv olaraq Rusiya lehinə öhdəlik götürülməsi üçün çalışan güclü nümayəndələrdən ibarət rus heyəti ilə üzləşən Azərbaycan Prezidenti Heydər Əliyevlə gecənin gec saatlarında görüşdüm. Bakını tərk etməzdən əvvəl Klintona Azərbaycanın ABŞ-ın təşəbbüsü ilə bağlı öhdəlik götürdüyünü xəbər verdim. Bu gün Bakı-Tiflis-Ceyhan kəməri Azərbaycanın (həm də Amerikanın) öz enerji mənbələrini şaxələndirmək cəhdlərinə mühüm töhfədir”.

Tarix
2017.05.30 / 12:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla