Yuxarı

Polisə qarşı üsyan: 48 ölü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın paytaxtı Tripoli şəhərində nümayişçilər milislərin işğal etdiyi binanı tərk etmələrini istəyiblər. Bundan sonra milislər nümayişçilərə atəş açaraq 48 adamı öldürüb. Bununla da "Liviya İnqilabçıları Əməliyyat Otağı" 48 saat fövqəladə vəziyyət elan edib.

"Axar.az" Türkiyə mətbuatına əsasən xəbər verir ki, yerli səlahiyyətli nümayəndələr xalqı küçələrə tökülüşməyə səsləyib. Tripoli Bələdiyyəsindən də sobalar, sağlamlıq vasitələri, apteklər və maye yanacaq stansiyaları xaric bütün mağaza, məktəb və Universitetlərdə 3 gün ümumi tətil və matəm elan edildiyini bildirib.

Bələdiyyə başçısı Səadət Əl-Bədri "Milislərin getməyini istəyirik. Tələblərimiz yerinə yetirilməsə üsyan davam edəcək. Onlarla nəyisə müzakirə etməyəcəyik. Hər şey gün kimi aydındır. Dəqiq bir qərar verilsin", deyib.

Digər tərəfdən Türkiyə səfərindən qayıdan Kəşfiyyat şefi köməkçisi Mustafa Nuh aeroport avtoparkında naməlum adamlar tərəfindən qaçırılıb. Məlumat verən qaynaqlardan biri Nuhun yanında heç bir mühafizəçinin olmadığını və onun zorla bir avtomobilə soxulduğunu iddia edib. Başqa bir qaynaq isə onun birdən birə "gözdən itdiyini" deyib.

Daha əvvəl baş nazir Əli Zeydan bir neçə saatlığına ordu ya da polis təşkilatına aid olan milislər tərəfindən qaçırılmışdı.

Tarix
2013.11.18 / 08:56
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla