Yuxarı

Artur Rəsizadə bu ölkənin XİN rəhbəri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadə ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, Baş nazir Artur Rəsizadə hələ Sovetlər Birliyi zamanında Azərbaycanla Laos arasında yaxşı əlaqələrin olduğunu xatırladaraq, müasir dövrdə əməkdaşlığımızın dirçəldilməsi üçün zəruri hüquqi bazanın və qarşılıqlı faydalı əsaslar üzərində iş birliyinin yaradılmasının vacibliyini nəzərə çatdırıb. Hər iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayan Artur Rəsizadə bu baxımdan Laos tərəfinin irəli sürdüyü bütün təkliflərə müsbət yanaşıldığını, xüsusən qeyri-neft sektorunda, kənd təsərrüfatı, nəqliyyat, turizm, təhsil və digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinin səmərəli olacağını deyib.

Daha sonra qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən Baş nazir bəzi ölkələrin bu məsələdə nümayiş etdirdikləri ikili standartlardan danışaraq, münaqişənin yalnız hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü vurğulayıb.

Laosda insan resurslarının inkişafına göstərdiyi köməyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirən Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit gələcək əməkdaşlıq üçün dövlət və özəl sektor nümayəndələrinin qarşılıqlı səfərlərinin və təcrübə mübadiləsinin müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Tarix
2017.06.19 / 18:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Regiondan uzaq dövlətlərin prosesə maneə törətməsi...

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla