Yuxarı

Brayza 7 rayonun azad edilməsini istədi; Jirinovski isə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Bakıda keçirilən konfransda ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Metyu Brayza da iştirak edirdi. Metyu Brayza dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır. Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması zərurətini bütün beynəlxalq vasitəçilər anlayır. Buna baxmayaraq, bu məqsədlə Ermənistan hakimiyyətinə təzyiq etmirlər. Metyu Brayza da həmsədr işlədiyi dövrdə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini Ermənistan hakimiyyətinə izah etmədi.

Axar.az xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin həmsədrlərin regiona səfəri ilə bağlı hazırladığı təhlildə əksini tapıb. Mərkəz Metyu Brayza Bakıdakı konfransda digər fikrinə də diqqət çəkib:
“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ABŞ-la Rusiya arasında razılığın əldə olunması vacibdir. Bu razılıq olmadan münaqişəni həll etmək mümkün olmayacaq”.

Brayzanın bu fikri mübahisə doğurur.

Birincisi, son illər ABŞ-ın Azərbaycana və Ermənistana təsir imkanları azalıb. Azərbaycanın ABŞ-dan nə siyasi, nə də maliyyə asılılığı var. Donald Tramp administrasiyası Ermənistana da maliyyə yardımını azaldıb.

İkincisi, Barak Obama prezident olduğu 8 ildə onun administrasiyası Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmədi. Bu, Metyu Brayzanın həmsədr olduğu illərə təsadüf etdi. Donald Tramp administrasiyasının da Cənubi Qafqazdakı hadisələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə marağı yoxdur.

Azərbaycana və Ermənistana Rusiyanın təsir imkanları böyükdür. Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Kremlin Vaşinqtonla dialoqa ehtiyacı yoxdur. Tam əksinə, Vaşinqton nəzəri baxımdan Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərsə belə, Rusiya bu prosesə mane ola bilər. Digər tərəfdən ABŞ-la Rusiya arasında bir çox mövzu (Ukrayna, Suriya, İran və digərləri) ətrafında fikir ayrılığı var. Belə şəraitdə ABŞ-ın Rusiya ilə Qarabağ məsələsində razılaşacağı mümkün deyil”.

Təhlildə Rusiyanın tanınmış siyasətçisi Vladimir Jirinovskinin Rusiyanın televiziya kanallarının birində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə aid səsləndirdiyi fikirlər yada salınıb: “Jurnalist soruşdu ki, güclənən Azərbaycan Qarabağı geri qaytarmaq üçün müharibəyə başlasa, Rusiya nə edəcək, kimin tərəfini tutacaq? Jirinvoski bir neçə dəfə təkrarladığı fikri söylədi: “Bu halda Dağlıq Qarabağda Rusiya bayrağı sancılmalı və Rusiya qoşunları bölgədə yerləşdirilməlidir ki, Azərbaycan və Ermənistan heç nə edə bilməsinlər”.

Jirinovski Kreml rəsmilərinin düşüncələrini dilə gətirir. 10 il bundan əvvəl heç kim Rusiyanın Krımı işğal edəcəyini proqnozlaşdıra bilməzdi. Ancaq o illərdə məhz Jirinovski bunun baş verəcəyini bildirirdi. Demək, Jirinovskinin sözlərini ciddi qəbul etmək lazımdır.

Rusiya ordusunun Dağlıq Qarabağda yerləşdirilməsi Ermənistana sərf edir. Azərbaycana isə sərf etmir. Dağlıq Qarabağ vaxtilə orada olan SSRİ, sonra isə Rusiya qoşunlarının dəstəyi ilə işğal edildi. Dağlıq Qarabağdakı erməni separatçılarına silahları və hərbi texnikanı məhz oradakı Rusiya hərbi birləşmələri verdilər. 1992-ci ildə Xocalı qətliamının həyata keçirilməsində və planlanmasında da Rusiya birlikləri iştirak etdi. Ona görə də Jirinovskinin dediyi kimi Rusiya ordusunun yenidən Dağlıq Qarabağa qayıdışı işğalını rəsmiləşdirilməsi demək olacaq. Buna görə də rəsmi Bakı uzun illərdir Rusiyanın “sülhməramlı qüvvələr” adı altında Dağlıq Qarabağda yerləşdirilməsi təklifinə razılaşmır”.

Tarix
2017.06.21 / 21:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla