Yuxarı

BDU-da Hafiz Hacıyevin mitinqinə hazırlıq gedib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən "İnşaatçılar" metrosu yaxınlığındakı "Məhsul" stadionunda prezidentliyə namizəd Hafiz Hacıyevin seçicilərlə görüş-mitinqi baş tutub.

Mitinqə universitet tələbələrinin məcburi şəkildə qatılması barədə aksiya ərəfəsində yayılan xəbərləri isə BDU-nun Jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev görüşdə iştirakı ilə təsdiqləməyə çalışırdılar.

Aksiyaya getməyən tələbələrə töhmət?

Məsələ ilə bağlı Şamil Vəliyevin xidməti otağı ilə bir neçə dəfə əlaqə yaratsaq da, Jurnalistika fakultəsinin dekanını iş otağında tapa bilmədik. Dekanlığın dəstəyi qaldıran və adının açıqlanmasını istəməyən əməkdaşı isə "Axar.az"a universitetdə Hafiz Hacıyevin mitinqinə hazırlıq getdiyini dolayısı ilə təsdiq etdi (səs yazısı var). Dekanlığın nümayəndəsi həmçinin universitet tərəfindən çağırılan tədbirlərə gəlməyən tələbələrə dekanlıq yox, rektorluğun cəza kəsdiyini bildirdi:

"Bu haqda qabaqcadan xəbərim olmayıb. Mitinq barədə hazırlıq getdiyini həmin gün bilmişəm. Ümumiyyətlə, bu işlərə mən baxmıram. Belə tədbirlərə gəlməyən tələbəyə dekanlıq yox, rektorluq tərəfindən töhmət verirlər. Amma belə töhmət olmadığına görə, dəqiq heç nə deyə bilmərəm. Onu da deyim ki, bu töhmət olsa da, tələbənin imtahanlarına təsir eləmir, yəni sadəcə xəbərdarlıq olur".

Bu, arqument deyil

"Bir adam gedib müstəqil şəkildə iştirak edirsə və ya yaxud tələbə heç bir fakta söykənməyən açıqlama verirsə, bu, universiteti ittiham etməkçün arqument ola bilməz".

Bu sözləri isə müxbirimizə BDU-nun Mətbuat və İnformasiya şöbəsinin müdiri Pərvanə İbrahimova bildirdi. Pərvanə xanım həmçinin dekanlığın əməkdaşının dediklərini təkzib etdi və universitet tərəfindən mitinqə heç kimin məcburi aparılmadığını qeyd etdi.

Tarix
2013.09.30 / 12:55
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxarılması davam edir – Yeni video

Əskiparaya gedən yol bağlandı: bu gün qaytarılır?

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla