Yuxarı

Generalın İrəvana xəbərdarlığı; Dərhal və amansızlıqla...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər ən yaxın saatlarda Azərbaycandan daha ağır zərbələr almağa hazır olmalıdırlar.

Bu sözləri Axar.az-a son günlər ermənilərin cəbhədə fəallaşmaları ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov deyib. Ekpert bildirib ki, ermənilər çox həyasızcasına Azərbaycanı təxribata çəkmək istəyirlər:

“Erməniləri bu dəfə Azərbaycan əsgərinin cəngindən heç kim xilas edə bilməyəcək. Hətta İrəvanı üzləşəcəyi vəziyyətdən nə Rusiya, nə ABŞ, nə beynəlxalq qurumlar qurtara biləcək. Baxın, hazırda Azərbaycan 23 minlik şəxsi heyətlə hərbi təlimlər keçirir. Ermənilər sanki istəyirlər ki, bu 23 minlik ordu bunların daşını daş üstə qoymasın”.

Azərbaycanın səbir nümayiş etdirdiyini bildirən ekspert Müdafiə Nazirliyinin Ermənistana son xəbərdarlığına da toxunub:

“Dünən müdafiə naziri Ermənistana növbəti dəfə xəbərdarlıq etdi. Əgər Ermənistan özünə hörmət etsəydi, o aparatı (Ötən gün cəbhədə məhv edilən Ermənistana məxsus PUA nəzərdə tutulur – red.) indiki məqamda havaya qaldırmazdı. Hazırda o aparatdan Belarus, Rusiya və bəzi orta Asiya respublikalarında kənd təsərrüfatında və gündəlik həyatda istifadə edirlər. Bu bədbəxtlər Azərbaycana qarşı oyuncaq aparatı havaya qaldırırlar və düşünürlər ki, Azərbaycan onların səviyyəsinə enəcək. Yaxud da Xankəndində iki nəfərlik birmotorlu oyuncaq effekti verən təyyarə ilə guya hansısa turist gəzintisi təşkil edirlər.

Ermənilər bu gün ləyaqətlərini o qədər itiriblər ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülən kəşfiyyatçılarından da imtina edirlər. Aydın məsələdir ki, Baş nazir Karen Karapetyan və Ermənistanın hərbi siyasi rəhbərliyi çox çətin durumdadır və ona görə də hər vasitəylə Azərbaycan Silahlı Qüvvələrini təxribata cəlb etmək istəyirlər”.

Ekspert bildirib ki, Azərbaycanın səbri Ermənistanın təxribatının başladığı yerə qədərdir:

“Cəbhədə hərbi təxribatın qarşısı dərhal və amansızlıqla alınır. Buna görə də düşünürəm ki, növbəti təxribat hazırlayan Ermənistan Azərbaycan Ordusunun daha ağır zərbələrini nəzərə almalıdırlar”.

Tarix
2017.06.23 / 09:07
Müəllif
Aygün Yusibova
Oxunub
11 170
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla