Yuxarı

Ordumuz daha bir qələbəyə yaxındır – Yeni ərazilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə müharibə, nə də sülh vəziyyəti cəbhədə aktivliyin olmayacağı anlamına gəlir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Azərbaycan Ordusu ərazi bütövlüyünü təmin etmək üçün malik olduğu bütün imkanlardan istifadə edəcək:

“Azərbaycan Ordusunun doktrinasını müəyyən edən Ali Baş Komandandır. Hazırda ordumuz Müdafiə naziri Zakir Həsənovun fəal iştirakı ilə hazırlanan taktika üzrə hərəkət edir. Bu taktika üzrə təmas xətti boyunca düşmənin fəallığının qarşısı alınır. Bundan sonra da Ermənistanın təxribatlarına qarşı adekvat cavablar veriləcək. Düşmənin bir diversiya hərəkəti erməni qoşunları içərisinə daha çox diversiya qruplarının göndərilməsiylə kompensasiya edilir. Artıq son 1 ayda Azərbaycan Ordusu dəfələrlə düşmənin həm zirehli texnikasını, həm də canlı qüvvəsini bu taktikayla məhv edib. Bu taktika indi özünü doğruldur. Ola bilsin, gələcəkdə vəziyyət başqa bir hərbi taktikanın tətbiqini tələb etsin. Ancaq Azərbaycanın məqsədi Ermənistanı sülh danışıqlarına məcbur etməkdir. Bu mübarizə - düşməni dinc qoymamaq, gözünün odunu almaq və psixoloji üstünlüyə nail olmaqdan ibarətdir ki, bu da lokal hərbi əməliyyatların keçirilməsi və birmənalı üstünlüyün qazanılması nəticəsində erməni cəmiyyətində və ordusunda panikaya səbəb olur”.

Politoloqun sözlərinə görə, yeni təlimlər döyüş əməliyyatlarına yaxınlaşdırılmış bir şəraitdə həyata keçirilir: “Bu isə qarşıda yeni qələbə və ərazilər deməkdir”.

Tarix
2017.06.23 / 09:00
Müəllif
Aygün Yusibova
Oxunub
16 756
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla