Yuxarı

Mənzil üçün müraciət edən jurnalistlərin sayı açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalistlərə mənzillərin verilməsi ilə bağlı yaradılmış Komissiyaya sənədlərin qəbulu başa çatıb.

Bunu Movqe.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli verib.

V. Səfərli bildirib ki, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış Komissiyaya sənədlərin qəbulu may ayının 22-dən başlayaraq iyun ayının 22-dək davam etdirilib: “ Bu müddət ərzində yaradılmış Müvafiq Komissiyaya 850-ə yaxın sənəd təqdim edilib. Bundan əlavə KİV əməkdaşları tərəfindən mənzillərlə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına da sənədlər daxil olub. Biz Komissiya toplanmış sənədləri iyul ayının 1-dək seleksiya edərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edəcəyik”.

Qeyd edək ki, 2013-cü il, iyul ayının 22-də prezident İlham Əliyev Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən KİV əməkdaşları üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda 3 girişli, 17 mərtəbəli, 255 mənzildən ibarət daha bir bina inşa edilib. Jurnalistlər üçün tikilən ikinci binadakı mənzillər bu ilin iyul ayının 22-də, Milli Mətbuat günündə sahiblərinə təqdim ediləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" 2010-cu il 22 iyul tarixli 1041 nömrəli Sərəncamına uyğun olaraq dövlət vəsaiti hesabına 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək 2013-cü ildə jurnalistlərin istifadəsinə verilib.

Tarix
2017.06.23 / 23:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla