Yuxarı

Bakıdan İrəvanı çəkinməyə vadar edən – Dəyişiklik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Azərbaycana ən müasir silahlar satmaqda davam edir.

Bu sözləri Axar.az-a açqılamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, əgər Moskva bundan öncə bölgədə pozulmuş balansın ləğvinə çalışdığını iddia edirdisə, indi Azərbaycana yeni silahlar satmaqla vəziyyəti Bakının xeyrinə bir az da dəyişir:

“Bu o deməkdir ki, Azərbaycan Ordusu bu gün ən mükəmməl müasir silahlara malikdir, şəxsi heyətin döyüş ruhu olduqca yüksəkdir. Azərbaycanın Ermənistana son sarsıcıdı zərbələri ondan xəbər verir ki, Bakı İrəvanın şıltaqlığına dözmək fikrində deyil. Düzdür, qarşıda prezidentlərin görüşü və bu görüşlərdə danışıqlar prosesinin yenidən canlandırılması, üstəlik, bir sıra prinsipial məsələlərin masada olacağı ehtimal edilir. Bəlkə də bu, Ermənistanın sonuncu şansı olacaq. Çünki Azərbaycan Ermənistanın qeyri-konstruktiv mövqe tutacağını heç vaxt nəzərdən qaçırmır və bu fonda ordunun döyüş səviyyəsini artırır, yeni silahlar təchiz edir”.

İyunun 30-da parlamentdə dövlət büdcəsinə yenidən baxılacağını və büdcənin 1 milyard dollar artırılacağını qeyd edən politoloqun sözlərinə görə, artımın böyük qismi məhz ordu quruculuğu ilə bağlı olan məsrəflərə yönləndiriləcək:

“Hesab edirəm ki, Ermənistan bundan bir nəticə çıxarmalı, eyni zamanda, dünya birliyi də Qarabağ məsələsinin həlli prosesində obyektiv olmalı, ikili standartlardan və xristian təəssübkeşliyindən uzaq dayanmalıdır.

İkincisi, İrəvan Moskvaya çox da ümid bəsləməməlidir. Çünki hazırda Rusiyanı düşündüən əsas məsələ silah satışından daha çox pul qazanmaq, iqtisadiyyatdakı tənəzzülü və büdcədəki kəsiri aradan qaldırmaqdır. Rusiya neftdən sonra ən böyük gəliri məhz silah satışından götürür. Moskva indiyə qədər Ermənistana ən azı 3 milyard dollara yaxın silahı borc şəklində verib. Ancaq İrəvanın bu borcu qaytarmağa və yeni silahlar almağa gücü yoxdur. Bu fonda Azərbaycanda yenidən büdcəyə baxılması və ordu təchizatının gücləndirilməsi öz sözünü deyəcək və Ermənistanı Azərbaycan torpaqlarının işğalından çəkindirən əsas faktora çevriləcək”.

Tarix
2017.06.26 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla