Yuxarı

Azərbaycan bu ölkədə aktivləşir - Qərblə ittifaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Əfqanıstandakı hərbi əməliyyatlarda iştirakını genişləndirə bilər.

Bu sözləri Axar.az-a iyunun 29-da Brüsseldə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da qatıldığı, Şimali Atlantika Şurasının Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası formatında müdafiə nazirləri səviyyəsində keçirilən görüşünü şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bu görüşdə iştirakı Azərbaycan diplomatiyası üçün uğurlu addım hesab edib:

“Dekabrda Azəbaycanda Əfqanıstanla bağlı konfrans keçiriləcək. Bu konfrans bir neçə il bundan öncə İstanbul prosesi çərçivəsində həyata keçirilən tədbirin davamıdır. Konfrans Əfqanıstan və bu ölkənin dostları formatında baş tutacaq və format çərçivəsində müxtəlif proqramlar həyata keçiriləcək. Əfqanıstan Azərbaycan üçün əsas mövzulardandır. Bundan öncə hər iki ölkənin rəhbəri bir neçə dəfə görüşüb və hərbi-texniki münasibətlərin inkişafı müzakirə edilib. Azərbaycanın Əfqanıstanda aktiv iştirakı çox məntiqəuyğundur və regionda münaqişəli məsələlərin tənzimlənməsində Bakının rolunu artırır. Bu, Qarabağ probleminin həlli baxımından olduqca vacibdir. Çünki hazırda Dağlıq Qarabağ məsələsi ətrafında mürəkkəb proseslər gedir. Əfqanıstanda əldə etdiyi müsbət təcrübə Azərbaycana bunu Qarabağ konfliktinin tənzimlənməsində sınaqdan keçirməyə imkan verər. Bu fonda Azərbaycanın Əfqanıstandakı hərbi əməliyyatlarda iştirakını genişləndirməsi mümkündür.

Bu baxımdan üç mühüm məsələ gündəmdədir: birincisi, Əfqanıstanla regional əməkdaşlığın daha da inkişafı, ikincisi, ikitərəfli hərbi-texniki münasibətlər və ən əsası, Azərbaycanın beynəlxalq nüfuzunun artması”.

Politoloq bildirib ki, 15 NATO ölkəsinin Əfqanıstandakı qüvvələrinin sayını artırması ilə bağlı qərarı Azərbaycana əlavə dividentlər gətirəcək:

“Azərbaycanın Əfqanıstan üçün əsas tranzit marşrutuna çevrilməsi və hərbi-texniki infrastrukturunu təkmilləşdirməsi özəllikdə də indiki dönəmdə Dağlıq Qarabağ probleminin həlli üçün çox böyük önəm daşıyır”.

Tarix
2017.07.01 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla