Yuxarı

Qərbin zərbəsi: Rusiya necə çökdürülür...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 3 ildə Rusiya iqtisadiyyatının geriləməsi rublun dəyərdən düşməsi ilə əlaqədardır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli söyləyib. Onun fikrincə, Rusiyada yoxsullaşma prosesinin sürətlənməsi fonunda yeni iş yerlərinin, yeni yatırımların olmaması bu ölkənin gələcəyi ilə bağlı optimist proqnozların verilməsinə imkan yaratmır:

“Bildiyimiz kimi, Rusiya iqtisadiyyatı da, bir çox ölkələrdə olduğu kimi, enerji resurslarından asılı vəziyyətdədir. Rusiya 3 ilə yaxındır Avropa və Amerikanın sanksiyaları altında yaşayır. Bir çox sahələrdə, xüsusən də maliyyə və texnologiya sahəsində sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir göstərir. Bu iqtisadi göstəricilərin neqativliyinin dərinləşmə ehtimalı da var. Rusiya iqtisadiyyatında 2018-ci ildə əhalinin yoxsulluq səviyyəsinin azalması deyilsə də, hökumətin və aidiyyəti qurumların Rusiyada atdığı addımların pozitiv nəticəsi müşahidə edilmir.

Rusiya iqtisadiyyatında problemlərin yaranması yaxın zamanların məsələsi deyil. Ciddi struktur islahatlarının aparılmaması Rusiya iqtisadiyyatını son 3 ildə kifayət qədər daraldıb. Bu ilin ilk 5 ayında biz son illərə nisbətən Rusiya iqtisadiyyatında pozitiv dinamikanı müşahidə etdik. Bunun tək səbəbi Rusiya neftinin qiymətinin keçən ilə nisbətən 36-38 dollardan 52-53 dollara qədər yüksəlməsi idi. Hazırda rus neftinin düşməsinin şahidiyik. Neftin qiyməti düşdükcə qazın 3 aylıq və 6 aylıq kommunal qiymətləri düşür. 3 il bundan əvvəl Avropaya qazın hər kub metrini ortalama 400 dollara satan Rusiya bu ilin ilk 5 ayında qiymətləri 200 dollara qədər azaldıb.

Rusiyaya qarşı həm Avropa Birliyinin, həm Amerikanın iqtisadi sanksiyaları uzatması göstərir ki, bu ilin sonu, gələn ilin əvvəlində iqtisadi göstəricilərin dərinləşməsini və yoxsulluq səviyyəsinin ciddi şəkildə artmasını müşahidə edəcəyik”.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının Hesablama Palatasının rəhbəri Tatyana Qolikova bir müddət əvvəl Rusiyada yoxsulluq səviyyəsində yaşayanların sayının 22 milyon nəfər və ya əhalinin 15%-ni təşkil etdiyini bildirmişdi. Üstəlik, Rusiya Maliyyə Nazirliyi ölkənin ehtiyat fondunun sona çatmaq üzrə olduğunu vurğulamışdı.

Tarix
2017.07.02 / 10:36
Müəllif
Samirə Heydərli
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla