Yuxarı

Əliyevin Ukrayna səfəri zamanı qarışıqlıq həyəcanı - Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Odessa şəhərində yerli vətəndaşların azərabaycanlılara qarşı münasibətində gərginlik yaranıb.

"Axar.az" məlumat verir ki, münasibətlərin pisləşməsi Odessada təhsil alan azərbaycanlı tələbələrdən birinin yerli vətəndaşı ürək nahiyəsindən bıçaqla vurmasından sonra başlayıb.

Artıq bölgədə vəziyyət gərginləşib. Hadisənin Azərbaycan prezidentinin Ukraynaya səfəri zamanı baş verməsi yerli hakimiyyətin işə qarışmasına səbəb olub. Odessada yaşayan azərbaycanlılardan aldığımız məlumata görə, cinayətdən sonra vətəndaşlarımız küçəyə çıxmağa ehtiyat edirlər. Buna səbəb kimi isə artıq Odessada yerli camaatla soyadaşlarımız arasında münasibətlərin pişləşməsi göstərilir.

Elə həmin gün Ukrayna hakimiyyəti Azərbaycan prezidentinin ölkədə olması münasibətiylə bölgədə qarışıqlıq yaranmaması üçün Odessaya xüsusi təyinatlı dəstələr göndərib. Onların bölgəyə nəzarət etmələrinə baxmayaraq, təhlükə hələ də sovuşmayıb. Yerli hakimiyyət skinhetlərin istənilən zaman insident törədəcəyindən ehtiyat edir.

Bununla yanaşı baş vermiş cinayət hadisəsi ölkənin aparıcı KİV-lərində də yer almayıb. Yalnız kiçik yerli mətbuat orqanlarında bununla bağlı xəbərləri müşahidə etmək olar. Buna səbəb kimi isə Yanukoviç hakimiyyətinin mediaya təzyiqi göstərilir.

Xatırladaq ki, bu, neofaşistlərlə miqrantlar arasında münasibətlərin qızışması ilə bağlı ilk belə fakt deyil. Hələ noyabrın 16-da paytaxt Kiyevdə skinherdlər Rusiyadan gəlmiş yoldaşları ilə birgə Qızıl Ordu küçəsində "Bir nəfər hamı üçün, hamı bir nəfər üçün" şüarları ilə aksiya keçirmişdilər.

Bununla yanaşı, ukraynalı hüquq müdafiəçisi Vyaçeslav Lixaçov da ölkədə skinhedlərin fəallaşması ilə bağlı faktı təsdiq edib. Ekspert Kiyev və Sum şəhərlərində azərbaycanlılara qarşı hücumları müşahidə etdiyini "Axar.az"a söyləyib. O, xüsusilə ayın 17-də Sum Tibb Universitetində təhsil alan qafqazlı tələbələrə qarşı hücumu vurğulayıb. V.Lixaçov hücum nəticəsində bir azərbaycanlı tələbənin yarlandığını bildirib.

Tarix
2013.11.20 / 12:13
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla