Yuxarı

Deputatla MSK-a arasında qarşıdurma yarandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət Partiyasının sədri millət vəkili İlyas İsmayılov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovu "Seçki Məcəlləsi"ni dövlət maraqlarına zidd olaraq kobud sürətdə pozmaqda ittiham edib.

İlyas İsmayılov 27.06.2013-cü il və 18.10.2013-cü il tarixlərində iki dəfə M.Pənahova məktub göndərdiyini, lakin məktuba cavab almadığını bildirib və bunu özünə qarşı hörmətsizlik kimi qiymətləndirib.

Deputat tərəfindən MSK-a sədrinə göndərilən məktubda qeyd olunur ki, Seçki Məcəlləsi"nin 173-cü maddəsinə əsasən, seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə tam xitam verdikdə MSK onu deputat kimi qeydə almalı və ona deputat vəsiqəsi verməli idi. Habelə Seçki Məcəlləsinin 173.2-ci maddəsinə görə, namizəd bu Məcəllənin yuxarıda qeyd olunan 173.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə MSK həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət etməli və təkrar seçkilər keçirməli idi".

Göründüyü kimi deputat Mərkəzi Seçki Komissiyasını "Seçki Məcəlləsi"ni pozmaqda ittiham edir.

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev "Axar.az"a açıqlamasında İlyas İsmayılovun onlara müraciət etmədiyini bildirdi:

"İlyas İsmayılov bizə müraciət etməyib. Müraciət etsəydi, bundan xəbərim olardı. Qaldı ki, MSK kollegial orqandır. Yəni belə hadisə baş versəydi, mən bununla bağlı qərar olmamış sizə açıqlama verə bilməzdim. Amma bu haqda MSK-da heç bir məlumat yoxdur".

Xatırladaq ki, İlyas İsmayılov noyabrın 18-i Konstitusiya Məhkəməsinə müraciət edərək MSK tərəfindən ayrı-ayrı məmurların deputat kimi qeydə alınması və onları deputat vəsiqəsi verilməsinə dair qərarlarını qüvvədən düşmüş hesab etməsini xahiş edir.

Tarix
2013.11.20 / 12:53
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla