Yuxarı

Nazirin işdən uzaqlaşdırdığı general haqda yeni məlumat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyində gedən yeni kadr dəyişikliyi haqda "Axar.az"a ilginc məlumat daxil olub.

Adının çəkilməsini istəməyən ehtiyatda olan yüksək rütbəli zabitlərdən biri nazirin əmri ilə vəzifədən uzaqlaşdırılmış və Səfər Əbiyevin əsas kadrlarından biri kimi tanınan general Vaqif Məmmədovdan bəhs edib. Xatırladaq ki, V.Məmmədov nazirliyin Şəxsi Heyət üzrə Baş İdarəsinin tərbiyə işləri üzrə rəis müavini olub.

Mənbə nazirlikdə hazırlanan qara piar əməliyyatlarının məhz general Vaqif Məmmədovun kabinetində hazırlandığını deyib. MN tərəfindən mətbuata və bir çox mətbuat nümayəndələrinə, eləcə də nazirliyin ayrı-ayrı əməkdaşlarına, onların rəhbərlik etdiyi strukturlara qarşı sayğısızlıq, qarayaxma əməliyyatlarına məhz o başçılıq edirmiş. Döyüş bölgələrində qeyri-döyüş şəraitində əsgərlərimizin itkilərində də general V.Məmmədovun səriştəsizliyi əsas götürülür.

Mənbə məlumatda onu da vurğulayır ki, Müdafiə naziri Zakir Həsənovun bu dəyişikliyi ordunun zabit heyətində məmnunluqla qarşılanıb: "Təsadüfi deyil ki, döyüş bölgələrində olan zabitlər dəfələrlə generalın əməllərindən nazirliyə şikayət etsələr də, bu şikayətlər V.Məmmədov və onun himayədarları tərəfindən özünün müsbət həllini tapmayıb. Yaradılan komissiyalar sadalanan iradların və edilən şikayətlərin düzgün olmadığı qərarını verib".

P.S. Xatırladaq ki, bu tip xəbərlər artıq mətbuatda hallanmağa başlayıb və generalla bağlı müxtəlif şayiələr yayılmaqdadır. Generalı "qara piarda" suçlayanların "adını açıqlamadan" mediaya ötürdükləri bu xəbərlərin mahiyyəti də diqqəti çəkir.

General Vaqif Məmmədovun mövqeyini öyrənmək istəyimiz isə hələlik baş tutmayıb.

Tarix
2013.11.20 / 13:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla