Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Sentyabr 2017


"Orada bir nəfər də olsun Qarabağ ermənisi yox idi"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində iyulun 19-da keçirilməsi nəzərdə tutulan “prezident seçkiləri” oradakı cinayətkar rejimin özü kimi qondarmadır.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

O bildirib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejim artıq neçənci dəfədir ki, qondarma seçkilər keçirir. 2012-ci il iyulun 19-da qondarma “prezident seçkiləri”nin, 2015-ci il mayın 3-də “parlament seçkiləri”nin, 2015-ci il sentyabrın 13-də “özünüidarə orqanları”na seçkilərin, 2017-ci il fevralın 20-də “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum”un keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

E.Əhmədov qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın nəzarəti altında olan və tanınmamış qanunsuz rejim həmin bölgədə azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında yaradılmış cinayətkar qurumdur. Bununla yanaşı, Ermənistan münaqişənin həlli ilə bağlı danışıqlarda Dağlıq Qarabağın “müstəqil” tərəf kimi iştirakını təmin etməyə çalışır. Amma 2016-cı ilin aprel döyüşləri onu sübut etdi ki, “Dağlıq Qarabağ” adlı qurum mifdir. Dördgünlük müharibədə qarşı tərəfin itkiləri arasında bir nəfər də olsun Dağlıq Qarabağ ermənisi yox idi. Çünki “Dağlıq Qarabağ ordusu” mövcud deyil. Orada Ermənistan silahlı qüvvələri var və torpaqlarımızın 20 faizi bu ölkə tərəfindən işğal olunub.

Bundan əlavə, istər ATƏT-in Minsk qrupunun həmsədrləri, istərsə də vasitəçilik missiyasını öz üzərlərinə götürmüş böyük dövlətlər Ermənistana təzyiq etmək, ümumiyyətlə, işğal faktını qəbul etmək istəmirlər. Bundan istifadə edən Ermənistan ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə dünyaya qəbul etdirməyə çalışır. Bu cür “seçkilər”in keçirilməsinin əsl mahiyyəti də məhz ondan ibarətdir. Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu, bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq! Azərbaycan nəyin bahasına olursa olsun işğal olunan torpaqlarını azad edəcək”.

Ermənistan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək artıq neçənci dəfədir ki, Azərbaycan Respublikasının işğal altındakı ərazilərində belə qondarma “seçkilər” təşkil edir. Bütün dünyaya məlumdur ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seçkilər”i heç vaxt tanımayıb. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra Azərbaycan qanunları əsasında keçirilə bilər.

E.Əhmədov qeyd edib ki, Ermənistan Respublikası öz qanunsuz digər hərəkətləri ilə münaqişənin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərinə ciddi zərbə vurur. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almalı, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

Tarix
2017.07.17 / 18:44
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Telmanın bütün sirləri bəlli oldu: 15 illik dostundan zərbə

İrəvanın müharibə ritorikası sübut edir ki... - Nazir

"Əliyevin çıxışı böyük əks-sədaya səbəb oldu" - Foto

Urmu gölünün dəhşətli fəsadı özünü göstərdi – Video

Məmmədyarov həmsədrlərlə görüşdü - Yeniləndi

Nalbəndyan yenə özünü gülünc vəziyyətə qoyur - XİN

Abid Şərifov “cəzalanacaq” dedi, Akif Əli isə...

Erməni deputat: Anam bakılıdır

İran Azərbaycan gölünü xəritədən sildi

Ərdoğan Trampdan bunu istəyir: 4 tələb - Politoloq

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla