Yuxarı

Vyana görüşü Rusiyanı qıcıqlandırıb – Ekspert rəyi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistanın Gümrü şəhərində hərbi bazalarını genişləndirməsi, sadəcə olaraq, onun Cənubi Qafqazda hegemoniyasını möhkəmlətməsi ilə əlaqədardır.

Bu fikri "Axar.az"a siyasi ekspert Zərdüşt Əlizadə söyləyib.

Ekspert Ermənistanın onsuz da Rusiyanın müstəmləkəsi olduğunu və bununla bağlı heç bir qərar vermək səlahiyyətinə malik olmadığını bildirib:

"İstənilən qərarı Rusiya verir, Ermənistan isə bunu icra edir. Onlar üç il müddətində Avropa İttifaqı ilə danışıqlar apardılar. Sonra imzalama ərəfəsində çağırdılar yanlarına və Ermənistan o saat dedi ki, mən Gömrük İttifaqına gedirəm. Erməni politoloqları özləri də etiraf edirlər ki, Rusiyanın burada bazalarını genişləndirməsi Ermənistanın təhlükəsizliyi ilə bağlı deyil. Sadəcə, bu addım onların hegomoniyasını bölgədə təmin edir".

Politoloq həmçinin belə bir addımın Dağlıq Qarabağ konfliktinin həll olunmasını da çətinləşdirəcəyini bildirib. O, bununla Rusiyanın məsələnin həllində maraqlı olmadığını bir daha göstərdiyini söyləyib.

Vyana görüşü Rusiyanı qıcıqlandırıb

"Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Rusiyanın hərbi bazalarını genişləndirmək istəməsinin Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ilə əlaqədar olmadığını deyib: "Bunun Ermənistana dəstək, Qarabağ konfliktinin sülh yolu ilə həllində maneçiliklə əlaqəsi yoxdur. Onsuz da bilirik ki, Rusiyanın Qarabağ danışıqlarında marağı yoxdur. Ola bilsin, Vyana görüşü Rusiyanı qıcıqlandırıb, amma burada da bir şey əldə olunmayıb".

Elxan Şahinoğlu bunun təbii olaraq Qarabağ məsələsinin həllini əngəlləyəcəyini bildirib: "Rusiya Dağlıq Qarabağın havadan müdafiə sistemini demək olar ki, öz üzərinə götürüb. Onlar bir tərəfdən də göstərmək istəyirlər ki, əgər müharibə olsa, Azərbaycan təkcə Ermənistan yox, həm də rus hərbi maşını ilə qarşı-qarşıya gələcəklər".

Qeyd edək ki, 19 noyabrda erməni mətbuatı Rusiyanın Ermənistandakı hərbi bazalarını genişləndirmək istədiyini və buna görə də artıq Gümrünün qapalı şəhərə çevrildiyini yazıb.

Tarix
2013.11.20 / 13:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla