Yuxarı

Rusiya İrəvana silah krediti verir, əvəzində... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Rusiyadan silah alması ilə bizim silah almağımız arasında müqayisə aparmaq düzgün deyil.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Arzu Nağıyev Ermənistanın Maliyyə naziri Vardan Aramyanın Ermənistanın Rusiyadan yeni hərbi kredit almaq üçün Moskva ilə danışıqlar aparmasıyla bağlı açıqlamasını şərh edərkən deyib.

Politoloq bildirib ki, İrəvan bu kreditləri nə vaxtsa mütləq qaytarmalıdır:

“Rusiyanın Ermənistana silah krediti hədiyyə deyil, İrəvan nə vaxtsa bu pulu geri qaytarmalıdır. Hətta mümkündür ki, pulu qaytara bilməsə, özünün olan-qalan strateji obyektlərini də Rusiyanın ixtiyarına versin”.

Politoloqun sözlərinə görə, Rusiya Ermənistana silahı bu ölkədəki bazası vasitəsilə həyata keçirir və bu da tam fərqli mənzərədir:

“Bizim Rusiya ilə silah alveri sahəsində müvafiq müqavilələrimiz mövcuddur və vaxtında ödənişimizi edib silahımızı alırıq. İrəvanla Moskvanın münasibətləri isə fərqlidir. Məlum məsələdir ki, Rusiya Ermənistanın arxasında duran qüvvədir. Ona görə də Ermənistanın Rusiyadan silah alması ilə bizim silah almağımız arasında müqayisə aparmaq düzgün deyil”.

Qeyd edək ki, bu gün Ermənistan Rusiyadan yeni hərbi kredit almaq üçün Moskva ilə danışıqlara başladığını bildirib. İrəvan sonuncu dəfə 200 milyon dollarlıq silah kreditini keçən il almışdı.

Tarix
2017.07.18 / 08:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla