Yuxarı

ABŞ-ın sabiq səfiri: «Bu, imitasiyaya çevrilir»

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər yenə də nəticə bu olacaqsa, onda Minsk Qrupu düşünməlidir ki, tərəflər danışıqlara ciddi yanaşırlarmı?".

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich Azadlıq Radiosunun Azərbaycan və Ermənistan liderlərinin Vyanadakı görüşü ilə bağlı suallarını cavablandırır.


- ABŞ-ın dövlət katibi Con Kerri bu görüşlə bağlı hər iki prezidentlə danışıb. Sizcə, bu görüş sülh danışıqlarında yeni bir mərhələnin başlanğıcı ola bilərmi?

- Əvvəla, iki prezident arasında hər bir görüş yeni mərhələnin əsasını qoymağa imkan yarada bilər. Amma indiyəcən olanlar məndə bədbin hisslər yaradır, çünki nə Azərbaycan, nə də Ermənistan öz əhalisini "əsl yeni mərhələ"yə hazırlamaq üçün heç bir cəhd etməyib. Ritorika sərtləşib və təmas xəttində silahlı insidentlər çoxalıb.

- Sülh prosesini canlandırmaq üçün yüksək səviyyədə görüşdən başqa daha nəyə ehtiyac var?

- İkincisi, əvvəlki yüksək səviyyəli görüşlərin nəticəsi ona görə olmayıb ki, hər iki prezidentin fikri yalnız bir məsələdə üst-üstə düşüb: beynəlxalq ictimaiyyəti və Minsk qrupunu münaqişəni həll edə bilməməkdə suçlamaq məsələsində. Belə olanda hər iki prezident ölkəsinə yollana, əhaliyə "düşmənə güzəştə getmədiyini" deyə və güzəştə gedəcəkləri, bu istiqamətdə konkret addımlar atacaqları halda üzləşə biləcəkləri siyasi nəticələrlə üzləşməyə bilərlər. Əgər yenə də nəticə bu olacaqsa, onda Minsk qrupu düşünməlidir ki, tərəflər danışıqlara ciddi yanaşırlarmı? Bu, danışıqların imitasiyasına çevrilir.

- Türkiyə sülh danışıqlarında mühüm rol oynaya bilərmi?

- Üçüncüsü, Türkiyə rol oynaya bilər, amma əgər Ermənistanla münasibətlərini normallaşdırmağa başlayarsa. Bir neçə il qabaq Türkiyənin belə bir imkanı vardı, amma Azərbaycan bu prosesin davamına yol vermədi. Əgər prezident Əliyevin Türkiyəyə səfəri zamanı ifadə etdiyi mövqeyi nəzərə alsaq, bu məsələdə nikbin olmaq çətindir.

Tarix
2013.11.20 / 14:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla