Yuxarı

Yeni türk üçbucağı: Bakı mövqeyini gücləndirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Avropa qitəsinin enerji təhlükəsizliyini təmin edən ölkəyə çevirilirik.

Bu sözləri Axar.az-a açıqlamasında dünən Bakıda keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşünü şərh edən politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, görüşdə qəbul edilən qərarlar Azərbaycanı böyük bir tranzit ölkəyə çevirəcək:

“Bu gün üç ölkə arasındakı mövcud formata digər türk dövlətlərinin qoşulmasını tam əminliklə deyə bilmərəm. Şübhə edilməyəcək əsas məqam Azərbaycan, Türkiyə və Türkmənistan alyansının yaranması və bunun regional təhlükəsizliyə müsbət təsir göstərməsidir. Çünki burada hər 3 dövlətin maraqlarına cavab verən qərarlar qəbul edilib. Əsas məsələ də ondan ibarətdir ki, Türkmənistan qazı Azərbaycana nəql olunacaq və Türkiyə bunu Avropaya ötürəcək. Buradan hər 3 dövlət faydalanacaq. Türkmənistan iqtisadiyyatına müsbət təsir edəcək. Bu ölkə qaz ehtiyatlarına görə dünyada 4-cü yeri tutur”.

Politoloq bu görüşün ölkələrin iqtisadi vəziyyətini yaxşılaşdırmaqla yanaşı, siyasi cəhətdən də müsbət bir hal olduğunu söyləyib:

“Avropa qitəsində yaranmış geosiyasi qarşıdurma şəraitində biz onları qazla təmin edirik. Bu, böyük bir layihədir. Əsas məsələ iqtisadi amil olsa da, eyni zamanda, hər 3 dövlətin bir-birinin maraqlarını qoruması və müəyyən sazişlərin imzalanması siyasi yaxınlığa gətirib çıxaracaq. Yaxın olan bu 3 dövlət bir çox məsələlərdə, həmçinin regional problemlərin həlli istiqamətində yeni addımlar ata bilər. Beləliklə yeni bir üçbucağa çevrilmiş formatdır. Düzdür, bizdə artıq digər formatlar da var. Bilirsiz ki, irimiqyaslı layihələrimiz mövcuddur. Bu layihə də təbii ki, Azərbaycanı mühüm regional ölkəyə çevirir. Çünki bütün bu layihələr Azərbaycanın ərazindən keçir, bu da digər ölkələrin Azərbaycana olan marağını artırır”.

Qeyd edək ki, dünən Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının Bakıda görüşü baş tutub.

Tarix
2017.07.20 / 12:11
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla