Yuxarı

Əliyev-Putin görüşü: Kreml sülh prosesini başladır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan işğal olunmuş ərazilərini təcavüzkara güzəştə getməyəcək.

Bu görüşdə əsas məqsəd Rusiyanın Cənubi Qafqazdakı təsir dairəsini əldən verməmək istəyi ilə bağlıdır.
Bu sözləri Axar.az-a Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin Soçi görüşməsini şərh edən politoloq Qabil Hüseynli deyib.

“Aprel döyüşlərindən sonra Rusiya vəd vermişdi ki, Dağlıq Qarabağ probleminin həlli ilə özü məşğul olacaq və problemi həllinə nail olmağa çalışacaq. Ondan müəyyən müddət sonra bir proses başladı və “Lavrov planı” ilə beş rayonun geriyə qaytarılması məsələsi gündəmə gətirildi, sonradan Rusiya yeni addımlar atmadı. Hətta o zaman Lavrov erməniləri beş rayonun geriyə qaytarılmasına güclə razı saldıqlarını demişdi. Sonradan bunu inkar edərək, ermənilərin bu prinsiplə razı olmadığını qeyd etdilər. Bu barədə müxtəlif mənbələrdə Sərkisyanın Dağlıq Qarabağa gələrək torpaqların geriyə qaytarılması ilə bağlı xəbərləri yalanladığı və bunun qəbulolunmaz olduğu ildə bağlı məlumatlar da verilmişdi.

Nəzərinizə çatdırım ki, burda söhbət hələ Dağlıq Qarabağdan yox, işğal edilmiş yeddi rayondan gedir. 21-ci əsrdə sivilizasiyanın inkişaf etdiyi dövrdə təcavüzkarın belə bir həyasızlığı, əlbəttə ki, Azərbaycanı narahat etməyə bilməzdi. Məhz buna görə uzaqgörən siyasəti ilə Azərbaycan fəallığını genişləndirdi, Azərbaycan prezidenti müxtəlif ölkələrə əlaqələri genişləndirdi, xüsusən son Polşa, Latviya səfərində hər iki dövlət Azərbaycanın ərazi bütövlüyünü təsdiqlədi və müdafiə etdiklərini bildirdi. Azərbaycan Qərblə əlaqələrinin daha da genişləndirəcəyini, Avropa birliyi ilə tərəfdaşlıqlarını daha da qüvvətləndirəcəyini nəzərə çatdırdı.

Azərbaycan tərəfi ermənilərin razılığa gəlməməsinə və Rusiyanın verdiyi sözü tamamlamamasına cavab olaraq bütün imkanlarından istifadə edərək əlaqələrini işə saldı. Bu isə ATƏT-in, AB-in, ABŞ-ın fəallığına səbəb oldu.

Bundan əlavə Azərbaycan Ordusunun təmas nöqtələrinə yaxın ərazilərdə keçirdiyi təlimlər döyüş şəraitinə yaxınlaşdırılmış bir səviyyədə aparılırdı. Əlbəttə ki, bu Rusiyanı narahat etməyə bilməzdi. Rusiya təbii ki, yenə regionda təsir dairəsinə malik olduğunu, sözünün keçərliliyini isbat etmək üçün yenidən görüşlər aparmağı üzərinə götürdü. Azərbaycan prezidentinin görüşə dəvət edilməsi ilkin olaraq bu məqsədlidir. Danışıqların məğzini bilməsək də, Rusiyanın təxminən mövqeyi bəllidir. Rusiya Dağlıq Qarabağ məsələsində ermənilərin mövqeyinə yaxın bir mövqedən çıxış edir. Ona görə bundan qüvvət alaraq ermənilər danışıqlara razılaşmırlar”, - politoloq bildirib.

Politoloqun sözlərinə görə, Rusiyadan heç bir halda Qarabağla bağlı böyük ümid gözləmək olmaz:

“Xarici işlər nazirlərinin görüşündən sonra ATƏT-in təşəbbüsü və BMT-nin də dəstəyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacağı planlaşdırılırdı. Buna görə Rusiya tərəfi ilk addım atdı və ilk olaraq Prezident İlham Əliyevlə bu görüşü təşkil etdi. Hər halda daha sonra Ermənistanın ağzını yoxlamaq üçün Sərkisyanla da görüşüləcək və üçlü görüşün tarixi təyin ediləcək.

Kompromislərdən danışılır və hər kəs hər iki tərəfdən kompromis tələb edir. Azərbaycan işğal olunmuş ölkə olaraq təcavüzkara hansı güzəştə gedə bilər? Azərbaycanın torpaqlarından imtina etməyəcəyi bəllidir. İndiki vəziyyətdə əsasən beş rayonun geriyə qaytarılması məsələsi həll olunmalıdır ki, sülh prosesi başlasın. Daha sonra isə danışıqlarda daha iri addımlar atmaq mümkündür, əgər Ermənistan kompromisə razılıq versə, sülh sazişinə doğru irəliləmək olar. Minsk Qrupunun həmsədr ölkələrinin, ilk növbədə isə Rusiyanın mövqeyi kifayət qədər açıq olmalıdır. Əgər bu ölkələr beynəlxalq hüququn tələb etdiyi mövqedən çıxış etsələr, sülh prosesi baş tuta bilər. Lakin bunu ehtiyatla vurğulayıram. Çünki Rusiya Ermənistanın mövqeyinə yaxın mövqedən çıxış edir”.

Tarix
2017.07.23 / 10:00
Müəllif
Nübar Lətifli
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla