Yuxarı

Ermənilərin bu addımı bizi narahat edir... – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə Soçidəki görüşü Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Bunu Trend-ə dövlət başçıları arasındakı görüşü şərh edən millət vəkili Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, Azərbaycan ilə Rusiya bir sıra problemlərin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllini birlikdə axtarmalıdır:

“Rusiya tərəfindən müəyyən addımların yumşaldılması, ermənilərə dəstəyin azaldılması istiqamətində danışıqların aparılması vacibdir. Digər tərəfdən sərhədyani problemlər gündəmə gəlib, ermənilərin uşaq ölümləri ilə bağlı atdığı addımlar problemlər yaradır. Bunlar hamısı üst-üstə gələndə ciddi narahatçılıq yaradan amillər ortaya çıxır. Bu baxımdan Azərbaycanla Rusiya arasında söhbət aparıb bu məsələlərin həllini tapmaq hər kəsin marağındadır. Ona görə də Soçi görüşün faydalı olduğunu düşünürəm, yəqin ki, müsbət nəticələri olacaq”.

Deputat əlavə edib ki, Rusiyada yaşan azərbaycanlıların da problemi var, turizm problemləri və digər məsələlər var:

“Bu məsələlərin həlli baxımdan bu görüşlər çox faydalıdır”.

Tarix
2017.07.24 / 09:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla