Yuxarı

Qarabağın həlli Rusiyasız mümkün olmayacaq - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Rusiyaya səfəri və Rusiya prezidenti Vladimir Putinlə Soçidəki görüşü iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib.

A.Nağıyev hesab edir ki, bu görüşün məhz Rusiya rəhbərinin təşəbbüsü ilə keçirilməsi ölkəmizin etibarlı tərəfdaş olduğunu göstərir:

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilən anonslar da göstərir ki, regional problemlərin, iqtisadi, siyasi və hərbi məsələlərin həllində Azərbaycan əhəmiyyətli tərəfdaş və söz sahibidir. Məlumdur ki, regionda istər iqtisadi layihələr, istərsə də hərbi-siyasi məsələlərin həlli Rusiya və Azərbaycansız mümkün olmayacaq. Hərçənd ki, buna Ermənistan və Rusiya rəhbərliyində təmsil olunan ermənipərəst və antiazərbaycan qüvvələr mane olurlar və olacaqlar da. Ermənistan rəhbərliyinin bu ərəfədə Avropa və ABŞ-a meyillənməsi də Rusiyaya bir mesajdır. Təbii ki, Soçi görüşündə bizi maraqlandıran əsas məsələ dalana girənmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesidir. ATƏT-in Minsk qrupunda təmsil olunan Rusiya SSRİ-nin varisi kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır və Ermənistana hərtərəfli təzyiq mexanizminə malikdir. Görüşdə müzakirə olunan əsas məsələlərdən biri məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılacaq addımlarla bağlı olub. İki dövlət başçısının bu məsələni təklikdə müzakirə etməsi mühüm məqamdır və düşünürəm ki, bu, münaqişənin həlli prosesinə öz töhfəsini verəcək”.

A.Nağıyevin fikrincə, əsas məqamlardan biri də Prezident İlham Əliyevin bu görüşdən öncə ABŞ-ın dövlət katibi Reks Tillerson və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsidir.

Qeyd edək ki, iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.

Tarix
2017.07.24 / 13:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla