Yuxarı

Pakistan mediası Azərbaycandan yazdı: Güclü təkan...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın “The Destination” qəzetində “Azərbaycan – turizm məkanı” sərlövhəli məqalə dərc olunub.

Axar.az xəbər verir ki, məqalədə zəngin tarixi və mədəni irsi, gözəl təbiəti olan Azərbaycanın dünyanın hər yerindən qonaqları özünə cəlb etdiyi bildirilir, ölkəmizdə turizmin bütün növlərinin inkişafı üçün geniş imkanların olduğu diqqətə çatdırılır.

Qeyd olunur ki, Azərbaycanın iqlimi yay və qış istirahətinin təşkilinə şərait yaradır. Azərbaycanda turizm sahəsi gündən-günə inkişaf edir və iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilib.

Müəllif yazır ki, ulu öndər Heydər Əliyev tərəfindən təsdiq edilmiş müvafiq dövlət proqramlarının icrası ölkədə turizmin inkişafı və beynəlxalq turizm bazarına inteqrasiyanın təməlinin qoyulması üçün şərait yaradıb. Bunun davamı olaraq, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ilin ölkədə “Turizm İli” elan edilməsi və “Avroviziya-2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsi bütün dünyadan turistlərin bu ölkəyə axınını təmin edib, turizm sənayesinin inkişafına güclü təkan verib.

Məqalədə, həmçinin dövlət tərəfindən görülən tədbirlər nəticəsində ölkədə müasir mehmanxanaların, xidmət infrastrukturunun yaradıldığı, turizm sənayesi üçün kadrların hazırlandığı, çoxşaxəli turizm agentləri şəbəkəsinin formalaşdığı diqqətə çatdırılır.

Tarix
2017.07.27 / 22:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla