Yuxarı

KXCP sədri mitinqdə tribunaya çıxmamasına aydınlıq gətirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın 22 sentyabr mitinqində Milli Şurada təmsil olunan KXCP-nin sədri Mirmahmud Mirəlioğlu həmkarlarından fərqli olaraq tribunada görünmədi. KXCP sədri mitinq iştirakçıları arasında dayanıb, aksiyanı seyr edirdi. Bu isə Milli Şura ilə KXCP arasında soyuqluğun yaranması haqda söz-söhbətə yol açmışdı.

Məsələ ilə bağlı KXCP sədri Mirmahmud Mirəlioğlu ilə əlaqə saxladıq. Partiya sədri "Axar.az"a açıqlamasında tribunaya çıxmamasına aydınlıq gətirdi:

"Bu dəfə xalqın arasında olmağı lazım bildim. Həm də mən olduğum yerdə "Nida" hərəkatının üzvləri bayraq və plakatlarla coşqu yaratmışdılar, onların üstündən keçib getmək istəmədim. Fikir verdinizsə, tribunada da sıxlıq yaranmışdı. Bir təşkilat və partiyadan bir neçə nəfər dayanmışdı, bu da istər–istəməz sıxlıq yaradırdı. Elə bugünkü iclasımzıda da bu haqda danışdıq".

Tribunaya çıxmamasının səbəbinin Milli Şuranın imzatoplanma mərasımındə KXCP ilə Milli Şura arasında yaranan anlaşılmazlıqla əlaqəsi olub-olmadığı sualına isə partiya sədri belə cavab verdi:

- Yox, onunla əlaqəsi yoxdur. O anlaşılmazlıq arxada qaldı. Bizim vahid namizədimiz Cəmil Həsənlidir və onun qələbəsi uğrunda partiya olaraq əlimizdən gələni edəcəyik.

Xatırladaq ki, Cəmil Həsənlinin namizədliyinin qeydə alınması müddətində Milli Şurada təmsil olunan AXCP və Musavat kimi partiyalara 21000 imza həvalə olunsa da, KXCP-yə 1000 imza həvalə olunmuşdu. Bu isə partiya sədri Mirmahmud Mirəlioğlunun narazılığı ilə qarşılanmışdı.

Tarix
2013.04.24 / 14:35
Müəllif
Natiq Fəttahov
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla