Yuxarı

Millət vəkilindən çağırış: Bu rəzilliyi törədəni...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölüm hökmünün ləğvinin tərəfdarlarından olmuşam Amma bu üçüncü dəhşətli hadisədir ki, kaş ölüm hökmü olsaydı demişəm.

Axar.az xəbər verir ki, bu fikirlərlə Feysbuk hesabında millət vəkili Qənirə Paşayeva çıxış edib.

Naxçıvanın Culfa şəhərində əsgərlikdən yeni dönmüş birinin 4 yaşlı qız uşağına təcavüz etməsi hadisəsi barədə yazan deputat, hadisədən sarsıldığını bildirib:

“Xəbərin dəhşətindən çox sarsılmışam. Sanki əlim-ayağım buz bağlamışdı. Bunu törədən insan ola bilməz. Bir vəhşidir, vəssalam. 4 yaşlı körpəyə qarşı bu qədər dəhşətli rəzilliyi, alçaqlığı törədən ömürlük həbsdə qalmalıdır. Bu cür bir neçə rəzil, vəhşi məxluqların üzündən bir çox insan kiçik yaşlı övladı üçün səksəkə içərisində yaşayır. Valideynləri, bütün insanları uşaqlardan daha çox muğayat olmağa, diqqətli olmağa çağırırıq. Bu cür manyak ruhun sahiblərinə qarşı uşaqları daha yaxşı qoruya bilmək üçün bütün cəmiyyət olaraq səylərimizi, işləri, çalışmaları artırmalıyıq. Bu adam bu hadisədən öncə də qeyri-normal həyat yaşayıb, içki aludəçisi olub, bir neçə gün əvvəl anasını döyüb kimi məlumatlar yayılır mətbuatda. Ona görə də ətrafda bu cür həyat yaşayan insanlara qarşı, onları normal, sağlam həyata döndərmək üçün işlər, tədbirlər artmalıdır. Heç bir nəticə olmadıqda, bu cür əməlləri davam etdirdikləri halda isə onları cəmiyyətdən uzaq tutmağın yolları düşünülməlidir”.

Millət vəkili təklif edir ki, hər birimiz özümüzü o körpənin ailəsinin yerinə qoyaq:

“O günahsız balanın yaşadığı və gələcəkdə həyatına təsir edə biləcək zərbələri isə düşünmək belə insana acı verir. Məktəblərdə, bölgələrdə gənclərə böyük insani dəyərlər, əxlaq normaları haqda daha çox danışmaq, psixoloji dəstək layihələrini artırmaq lazımdır. Televiziyalarda mənəvi yüksəlişə təsir edən proqramlar daha da artmalıdır. İndi cəmiyyətin şou verlişlərə deyil, bu cür verlişlərə ehtiyacı var. Gənclər arasında spirtli içkilərin içilməsinə qarşı ciddi mübarizə aparaq dediyimdə o dəqiqə bəzi sosial şəbəkə istifadəçiləri "Qənirə xanım, siz lap dindar kimi danışırsınız" deyə yazdı. Bunun nə əlaqəsi var axı? Mübarizə aparmayaq, uşaqlarımız da alkoqol aludəçisinə çevrilsin? İçərisində yırtıcı yatan bəziləri də alkoqolun həddən artıq dozası ilə vəhşiyə çevrilib övladlarımıza, ətrafa zərərmi vursun deməliydim? Bəzi mövzularda fikirləri başqa yerlərə çəkmək lazım deyil”.

Millət vəkili valideynləri daha diqqətli olmağa səsləyib və bildirib ki, uşaqlarınızı spirtli içkilərdən, siqaretdən, narkotikdən və qumardan uzaq tutun:

“Əziz insanlar, ətrafınızda içki düşkünü, içib ailəsinə zərər verən, normal olmayan həyat tərzi sürən biri varsa, laqeyid olmayın, müvafiq qurumlara xəbər edin.Yerli qurumlar, bu məsələlərə xüsusi diqqət edin. Çünki belələri hər an hər birimizin ailəsinə, övladına dəhşətli zərər verə bilər. Məncə cəmiyyət olaraq bu xəbərdən dəhşətə düşüb, üzüldükdən sonra qısa zamanda unutmamalıyıq. Hər birimiz ətrafımızda baş verənlərə diqqətli olmalı, laqeyid yanaşmamalı,"mənə nə" deməməliyik. Bütün qurumlarımız, QHT, KİV-lərimiz, hamımız, bütün cəmiyyətimiz birlikdə daha çox çalışmalıyıq belə halların təkrarlanmaması üçün.

Əziz körpə balamıza Allah yardımçı olsun. Ailəsinə bu acını aşa biləcək güc versin. O gözəl bala bizim də balamızdır. Bu dəhşəti törədən "insan" isə layiq olduğu cəzanı cəkməlidir ki, bu cür manyak ruha sahib olanlara ağır bir dərs olsun”!

Qeyd edək ki, Naxçıvanın Culfa şəhərində əsərlikdən yeni dönmüş Ələsər Məmmədov adlı gənc oğlan 4 yaşlı qızın başını aldadaraq onu nənəsigilə aparmaq aiə ilə gizli bir yerə apararaq təcavüz edib.

Tarix
2017.08.03 / 12:52
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla