Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Aprel 2018


Araz Əlizadə “Yeni Musavat”ın oxucularını Rauf Arifoğluna bənzətdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Musavat.com"un iddiasına görə, prezidentliyə namizəd ASDP sədri Araz Əlizadənin təbliğat kampaniyasında qanunsuz olaraq "Yeni Musavat" və "Azadlıq" qəzetindən istifadə edilir. Sayt xəbər verir ki, "Qaya" MY-nin köşklərində satılan qəzetlərin arasında Araz Əlizadənin təşviqat bukletləri də oxuculara verilir.

Saytın yaydığı məlumata görə, bu haqda Müsavat partiyası Masallı rayonunun sədri Xasay Səfəroğlu məlumat verib. X.Səfəroğlu qeyd edir ki, köşk satıcıları bu işdən xəbərsiz olduqlarını bildiriblər və təşviqat materialları adıçəkilən qəzetlərin səhifələrinin arasında Bakıdan hazır şəkildə göndərilib.

"Yeni Musavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu sahibi olduğu media orqanına verdiyi açıqlamada bunu özbaşnalıq kimi qiymətləndirib: "Bizimlə anlaşmadan, müqavilə imzalamadan bunu edə bilməzdi, edibsə, qanunu pozub. Şikayət verəcəyik".

Sayt "Qaya" Mətbuat Yayımı Firmasının rəhbəri Xanhüseyn Əliyevin də fikirlərini öyrənib:

"Bu, yanlış məlumatdı. Heç bir qəzetin arasında buklet paylamamışıq. Biz bütün köşklərdə oxuculara bukletləri veririk. Bu, hansısa qəzetin üstündə, yaxud arasında deyil, sadəcə, təbliğat materialı kimi ayrıca təqdim edilir. Biz "Yeni Müsavat" alana da, "Azərbaycan" alana da bu bukletləri veririk".

Hadisədə adı hallanan ASDP sədri Araz Əlizadə "Axar.az"a verdiyi açıqlamada "Yeni Müsavat" oxucularının Rauf Arifoğlunun məfkurəsində, düşüncəsində olduğunu bildirib: "Azadlıq" və "Yeni Musavat"ın oxucuları mənim seçicilərim deyillər, onlar mənim məfkurəmdə deyillər, onlar elə Rauf Arifoğlu məfkurəsindədirlər. Mənim bukletlərim "Yeni Müsavat" və "Azadlıq" qəzetinin içində satılmır. "Qaya" Mətbuat Yayımı ilə müqaviləm var və onların "poçtalyon"ları qəzet aparanda onları da aparırlar".

Araz Əlizadə onu da bildirib ki, "Yeni Müsavat" qəzeti onun haqda həqiqətə uyğun olmayan məlumatlar yayır: "Musavat haqqımda daha bir doğru olmayan xəbər yaymışdı. Guya mənə maşın vermişdilər, bu, yalandı. Sadəcə, evimi təmir edən usta pulu və materialları götürüb qaçmışdı. Mən də onu məhkəməyə verdim və məhkəmə də onun əmlakını müsadirə etdi. Nəticədə də ona məxsus olan avtomobili mənə verdilər".

"Azadlıq" qəzetinin texniki direktoru Faiq Əmirov isə "Axar.az"a bildridi ki, bu haqda onlarda heç bir fakt yoxdur və oxucuları tərəfindən də şikayət daxil olmayıb.

Tarix
2013.09.24 / 12:40
Müəllif
İlqar Vəliyev
Şərhlər
Загрузка...
Digər xəbərlər

Zaxarovadan Azərbaycanla bağlı açıqlama

Sərkisyan birbaşa Bakının istəyini yerinə yetirir – İnanılmaz

Supergüc generalları yenə Bakını seçdi – Müzakirə

ABŞ-dan İrəvan xəbərdarlığı: Ehtiyatlı olun

Qarabağda müharibə başlayır? - Rus politoloqdan sensasiya

İrəvanda məxməri inqilab, yoxsa Qərb-Kreml toqquşması?

Rusiya-Türkiyə yaxınlaşması Qarabağa nə vəd edir? - Şərh

Ərdoğandan çətin qərar: arzulanmaz sürpriz ola bilər

Məhəmməd Əlini həbs etdilər, Gibson təcrid olundu, çünki...

Prezident xəbərdarlıq etdi: Buna son qoyulmalıdır

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla