Yuxarı

“Ermənistana təzyiq olmadan vəziyyət dəyişməyəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yalnız diplomatik dildən istifadə etməklə və real siyasi təzyiq olmadan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə dəyişiklik olmayacaq.

Bunu Trend-ə Dağlıq Qarabağ münaqişəsi üzrə isveçrəli ekspert, “Unudulmuş münaqişə” kitabının müəllifi Andre Vidmer deyib.

O bildirib: “Təəssüf ki, Suriya, İraq, Yəmən və Ukraynadakı müharibələr və Şimali Koreya böhranı fonunda Qarabağ münaqişəsi sanki beynəlxalq ictimaiyyət tərəfindən unudulub. Belə görünür ki, 2016-cı ilin aprelində qeydə alınan eskalasiyadan sonra əsas oyunçular – Rusiya və ABŞ münaqişənin həll olunması üçün kifayət qədər güc sərf etmək niyyətində deyillər”.

Ekspert qeyd edib ki, münaqişənin həlli yolları Moskvanın əlindədir: "Rusiyanın iqtisadi və siyasi gücü var ki, Ermənistanı işğalı dayandırmağa məcbur etsin. İlk addım Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların azad edilməsi ola bilər. Amma təəssüf ki, Rusiya həqiqətən də postsovet məkanındakı münaqişələrin həll olunmasında maraqlı deyil”.

Qeyd edək ki, Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Tarix
2017.08.09 / 12:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla