Yuxarı

"Heç bir uşaq müharibə qurbanı olmamalıdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç bir uşaq harada yaşamasından asılı olmayaraq, müharibə qurbanı olmamalıdır.

Bunu Report-a açıqlamasında YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin iyulun 4-də Füzulinin Alxanlı kəndində iki yaşlı Zəhra Quliyevanın və onun nənəsinin ermənilər tərəfindən öldürülməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, heç bir iki yaşlı qız və ya oğlan münaqişədə həlak olmamalıdır və ailələr övladların itirilməsində dərd çəkməməlidir: "BMT hər iki tərəfi zorakılıqdan vaz keçmək və münaqişəni həll eləmək üçün diplomatik vasitələrdən istifadə etməyə çağırıb. YUNİSEF-in münaqişə nəticəsində zərər çəkən uşaqlara yardım etməsinə gəlincə, təşkilatımız döyüşlər zamanı ziyan dəyən rayonlarda çoxlu iş görür. Biz minaların təhlükəsi ilə bağlı proqram üzərində çalışırıq. Eyni zamanda biz "təhlükəsiz vərdişlər"ə yiyələnməsi üzərində işləyirik ki, cavanlar döyüşlər zamanı özünü necə davranmalı olduğunu bilsinlər. Ötən ilin aprel hadisələri göstərib ki, yaralananların çoxusu evdən çıxdığına görə xəsarət alıblar. Bu davranış başa düşünüləndir, amma eyni zamanda təhlükəlidir".

E.Karvardin bildirib ki, təşkilat həmçinin münaqişədən əziyyət çəkənlər üçün psixoloq proqramını da hazırlamaqdadır.

Tarix
2017.08.09 / 20:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla