Yuxarı

Putindən İrəvana sərt xəbərdarlıq: Dərhal...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya müəyyən təzyiqlər olmasına baxmayaraq, Moskva maraqlarını sonadək müdafiə etməyə hazırdır.

Bu barədə Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə danışıb. Ekspertin sözlərinə görə, əslində Rusiya prezidentinin Abxaziya səfəri Qərbə dəstək verən dairələrə bir mesaj idi:

“Putinin Abxaziyaya səfəri bir növ Poroşenkonun Gürcüstana səfərinə cavab idi. Çünki sözügedən səfər əsnasında Tiflis və Kiyev arasında Moskvanın separatçı regionlarda fəaliyyətinin neytrallaşdırılmasına dair birgə addımların atılması ilə bağlı razılıq əldə olundu. Putin məhz bundan sonra qondarma Abxaziyaya səfər etməyi qərara aldı. Bu səfər o anlama gəlir ki, Rusiya tutduğu mövqedən çəkinməyəcək və digər oyunçuların səylərinə özünəməxsus cavab verəcək. Moskva göstərmək istədi ki, regionda gedən proseslərə nəzarət edir. Yəni regionda vəziyyət dəyişsə də və yeni proseslər başlasa da, Kremlin formalaşmış siyasəti, o cümlədən Cənubi Qafqaz siyasəti dəyişilməz olaraq qalacaq”.

Politoloqun fikrincə, Rusiyaın öz mövqelərini daha da gücləndirmək niyyətindədir:

“Putinin Abxaziya səfəri ilə verdiyi mesaj təxminən belədir: Rusiyaya müəyyən təzyiqlər olmasına baxmayaraq Moskva maraqlarını sonadək müdafiə etməyə hazırdır. Putinin bu mesajı daha çox Ukrayna, Gürcüstan və Qərbə ünvanlanmışdı. Eyni zamanda, Moskva dolayısıyla İrəvana da xəbərdarlıq etdi. Xəbərdarlıq isə bundan ibarətdir: əgər Ermənistan müstəqil hərəkət edə biləcəyini düşünürsə və Qərbyönlü siyasət aparmağa cəhd edərsə, dərhal cavabını alacaq”.

Qeyd edək ki, Rusiya Prezidneti Vladimir Putin avqustun 8-də qondarma Abxaziyaya səfər edib.

Abxaziya Gürcüstanın ayrılmaz hissəsidir. 2008-ci il müharibəsindən sonra Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Putin sonuncu dəfə Abxaziyada 2013-cü ildə olub.

Tarix
2017.08.10 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla