Yuxarı

İrəvan sarsıdıcı zərbələrə hazır olmalıdır – General

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər istəyir ki, Azərbaycan Ordusu onların yaşayış məntəqələrini və mülki əhalisini atəşə tutsun.

Bu sözləri Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov Ermənistanın cəbhə xəttində atəşkəsi intensiv pozması, son təxribatları və dinc sakinləri hədəfə alması ilə bağlı Axar.az-a danışarkən deyib.

General bildirib ki, Azərbaycan ermənilərin bu oyununa getməyəcək və mülki əhalini hədəf almaq kimi üsullara əl atamayacaq:

“Ermənistan Azərbaycan Ordusunun hər yerdə uğurlarını görür. Həm Rusiyanın Moskva şəhərində, həm də Xəzər dənizində gedən birgə hərbi idman oyunlarında müvəffəqiyyətlərimiz Ermənistanı narahat etməyə bilməz. Görünür, bir daha özləri üçün nəticə çıxarıblar ki, Azərbaycan Ordusu çox yüksək və elit səviyyəsində olan ilk ordular sırasındadır. Bunu beynəlxalq ictimai təşkilatlar və analitiklər də təsdiqləyir. Məhz buna görə də ermənilər cəbhədə təxribatlara yol verir, mülki əhalini atəşə tuturlar. Sözsüz ki, Azərbaycan Ordusu ermənilərin hər hansı alçaq hərəkətlərini cavabsız qoymayacaq. Azərbaycan Ordusu yerli əhaliyə atəş açmadan ermənilərin mövqelərinə sarsıdıcı zərbələr endirəcək”.

Qeyd edək ki, ermənilər avqustun 8-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alıb.

Eyni gündə gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Ordumuz tərəfindən geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.

Avqustun 9-da isə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi intensiv pozmaqla bərabər, Ağdamın işğal altında olan ərazilərinə növbəti dəfə od vurublar.

Tarix
2017.08.10 / 09:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla