Yuxarı

Əliyev İcevanla Zəngəzuru almaq istəyir və alacaq - Papyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni politoloq, “Modus Vivendi” mərkəzinin rəhbəri, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan hesab edir ki, Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara əl atmadan Dağlıq Qarabağda istədiyinə nail olur.

Onun sözlərinə görə, Azərbaycan sərhəddə lokal hərəkətlərlə yorucu müharibə aparır. “Bunun nəticəsi odur ki, ötən il Ermənistandan və Qarabağdan miqrasiya güclənib. Bu, Azərbaycanın ən böyük qələbəsidir. Torpaq, ərazi ikincidir, ilk olan xalq və həmin torpağı qoruya biləcək insanlardır”, - Virtualaz.org xəbər verir ki, bunu “Aravot”a müsahibəsində Papyan deyib.

Silahlanmadan danışan Papyan hesab edir ki, iş Ermənistanın tez-tez söz açdığı “İsgəndər”lərin tətbiqinə gəlib çatmayacaq. “İsgəndər” alternativin qalmadığı hallarda əl atılacaq son silahdır”, - politoloq bildirib.

Qeyd edək ki, Papyan əvvəllər də Ermənistanda yaranmış vəziyyət barədə səs-küylü bəyanatlar verib. Bir neçə ay öncə o, Qarabağda baş verənləri “sürünən müharibə” adlandırmış və demişdi ki, hərbi əməliyyatların davam etdirilməsinin Xankəndinin üzərində bayrağın dəyişməsinə gətirib çıxaracağını Ermənistanda gözəl anlayırlar.

Keçmiş səfirin fikrincə, hadisələrin inkişafının daha bir variantı budur ki, “erməni tərəfi yeddi rayonu güzəştə gedəcək və əvəzində Dağlıq Qarabağ üçün aralıq status alacaq. İstək olduğu halda bunu qarşılıqlı güzəşt adlandırmaq olar. Deyəcəklər ki, bəs yeddi rayonu güzəştə getdik, onlar da Dağlıq Qarabağ üçün statusu güzəştə getdilər və gələcək barədə hansısa vədləri verdilər. Fəqət bunlar müqayisə ediləcək güzəştlərdirmi? Əlbəttə ki, yox! Bu qarşılıqlı güzəşt deyil, təslimçilikdir. Azərbaycan Prezidenti İlham Əliyev ilk mərhələdə 5, sonra 2, daha sonra isə 5 rayonu almaq, dördüncü mərhələdə Zəngəzuru, sonda isə İcevanı əldə etmək istəyir. Bu da olacaq. Əliyev həmişə səmimi olub və artıq neçə ildir deyir ki, hər şeyi almaq istəyir. O heç vaxt deməyib ki, mənə bir hissəni verin, bununla kifayətlənim”.

Tarix
2017.08.11 / 01:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla