Yuxarı

İrəvana bu göstərişi Moskva verib – Sensasiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərinə qatılmasına Rusiyanın heç bir reaksiya verməməsi diqqət çəkir.

Bu sözləri Axar.az-a Gürcüstanda keçirilən NATO təlimlərində Ermənistanın iştirakını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, sözügedən təlimlərə Ermənistanın dəvət olunması anlaşılan deyil:

“Ermənistan KTMT-nin ən fəal üzvlərindəndir. Sərhədlərin birgə müdafiəsi və hava hücumundan müdafiə sistemlərinin yaradılması ilk dəfə Ermənistanda tətbiq edilib. KTMT-nin Hərbi Akademiyası da yalnız bu ölkədə yaradılıb. Nizamnaməyə görə, Ermənistan ikinci hərbi-siyasi təşkilata qatıla bilməz. Bu baxımdan da Ermənistanın NATO-ya meyillənməsi mümkün deyil. Ancaq Qərb doğurdan da Cənubi Qafqaz respublikalarını NATO və Avropa Birliyinə təşviq etmək istəyir. Ona görə də Rusiya ilə sıx bağlılığına baxmayaraq, Ermənistanı da istisna hal kimi təlimlərə dəvət edib”.

Ermənistanın NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərində iştirakına Rusiyanın səssiz qalmasının gəlincə, politoloq bunun arxasında Moskvanın məxsusi maraqlarının olduğunu istisna etməyib:

“Görünür, Ermənistanın təlimlərdə iştirakı Kremlin də arzusu olub. Hesab edirəm ki, Kreml NATO-nun döyüş hazırlığı vəziyyətini, istifadə etidiyi silahları, bir növ hərbi sirr xarakter daşıyan məlumatları İrəvan vasitəsiylə öyrənmək istəyib. Bu, indi Rusiyaya hava və su kimi lazımdır. Ermənistan 200 ildən çoxdur ki, Rusiyanın qulluqçusudur, ona görə də NATO-ya inteqrasiya edəcəyinə inanmaq çox çətindir”.

Politoloq onu da bildirib ki, Qərbin Rusiya və İrana qarşı sanksiyaları sərtləşdirməsi Ermənistanın bu iki düşərgəni tərk etməsi ilə nəticələnə bilər:

“Ermənistan bölgədə birinci Rusiyaya, ikinci isə İrana güvənərək mövcudluğunu təmin edir. Dünya ictimai rəyində sanksiyaların Rusiyanı az qala diz üstə gətirəcəyi ilə bağlı qənaət ciddi surətdə möhkəmlənir. Eyni zamanda, Ermənistanın İranla olan münasibətləri də Qərbin sanksiyaları nəticəsində xeyli zəifləyə bilər. Ancaq hələ ki, Ermənistanın Rusiyadan qopmaq kimi imkanı yoxdur və sözügedən təlimlərdə iştirakı isə bir blefdir. Əgər bu dövlət yeni inkişaf yolunu seçibsə, ilk növbədə Azərbaycanla dil tapmalıdır”.

Q.Hüseynli onu da əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı son təxribatları qəsdən düşünülmüş və dinc Azərbaycan əhalisinə qarşı təşkil edilən genosid siyasətinin tərkib hissəsidir:

“Bu baxımdan da Ermənistanda qərbyönlü siyasətin yeridiləcəyinə inanmıram və bunların hamısı Rusiya göstərişi ilə həyata keçirilən siyasi manevrlərdir”.

Qeyd edək ki, Gürcüstanın Vaziani hərbi poliqonunda NATO-nun “Noble partner” (“Layiqli tərəfdaş”) hərbi təlimləri çərçivəsində döyüş atışları həyata keçirilir. Avqustun 12-dək davam edəcək təlimlərdə NATO və tərəfdaş ölkələrin 2,8 mindən çox hərbçisi iştirak edir.

Maraqlısı isə təlimlərə Ermənistanın da 100-dən çox hərbçisi ilə qatılmasıdır.

Tarix
2017.08.12 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla