Yuxarı

İrəvandan Moskvaya NATO hədəsi: İstənilən an…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan son zamanlar NATO-ya meyllənməklə Rusiyaya bir mesaj ünvanlayır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Ekspert bildirib ki, Ermənistan daxilində yaranmış ictimai-siyasi vəziyyəti nəzərə alaraq bəzi qərbyönlü qüvvələrin antirusiya meyllərindən istifadə edir:

“Son zamanlar NATO-ya meyllənən Ermənistanın Rusiyaya ünvanladığı mesaj bundan ibarətdir: əgər Moskva İrəvandan imtina edərsə, Ermənistan istənilən an NATO-ya üz tuta bilər. Ermənistanın NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərinə qatılması da məhz bundan xəbər verir. Üstəlik, Ermənistan NATO-nun sözügedən təlimlərinə qatılmaqla həm də müəyyən kəşfiyyat xarakterli məlumatları da əldə etməyə çalışıb”.

Politoloqun sözlərinə görə, Ermənistan bununla da öz xarici siyasətində təkcə Rusiya ilə birgə olmadığını Qərbə nümayiş etdirdi:

“Bütün bunlar isə erməni xislətli Serk Sərkisyanın növbəti siyasi gedişləridir. Ermənistan prezidenti ölkə daxilində və xaricində ikili standartlara uyğun xətt yürüdür”.

Qeyd edək ki, Gürcüstanın Vaziani hərbi poliqonunda NATO-nun “Noble partner” (“Layiqli tərəfdaş”) hərbi təlimləri çərçivəsində döyüş atışları həyata keçirilib. Təlimlərdə NATO və tərəfdaş ölkələrin 2,8 mindən çox hərbçisi iştirak edib.

Maraqlısı isə təlimlərə Ermənistanın da 100-dən çox hərbçisi ilə qatılması olub.

Tarix
2017.08.13 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla