Yuxarı

Ermənilərin öldürdüyü Zəhranın qırx mərasimi keçirilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Füzulinin Alxanlı kəndində qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın bu gün qırx mərasimi keçirilir.

Alxanlı kəndinin icra nümayəndəsi İlham İsrafilov Azvision.az-a bildirib ki, mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər.

“Hazırda qırx mərasimi keçirilir. Səhər saatlarında Zəhranın və nənəsinin məzarını ziyarət etdik. İcra başçısı məzuniyyətdə olduğundan yas mərasimində iştirak edə bilməyib. Digər rəhbər şəxslər mərasimə qatılıblar. Bakıdan və digər bölgələrdən Alxanlıya çoxlu sayda insan gəlib”.

Xatırladaq ki, Ermənistan ordusu iyulun 4-də Azərbaycana qarşı növbəti qanlı cinayətini həyata keçirib. Füzulinin Alxanlı kəndinin düşmən tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olub. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Tarix
2017.08.13 / 15:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla