Yuxarı

"Türkiyə Ermənistanla sərhədi açmağa hazırlaşır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qabil Hüseynli: "Ermənilər artıq Türkiyədəki ictimai rəyə və siyasi elitaya təsir etmək imkanları qazanıblar".

Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən gündəmə gəlib. Bu günlərdə ABŞ-da səfərdə olan Türkiyə prezidenti Abdulla Gül Harvard Universitetinin təşkil elədiyi konfransda çıxışı zamanı Ermənistanla münasibətlər məsələsində də toxunub.

Osman İmperiyasında 1915-ci illərdə baş vermiş faciəvi olaylarla bağlı baş nazir Rəcəb Tayyib Ərdoğanın erməni xalqına verdiyi başsağlığını yada salan prezident Anadoluda çoxlu kədərli olayların baş verdiyini söyləyib. Gül həmin hadisələrin obyektiv tədqiqi üçün öz ölkəsinin bütün arxivlərinin açıq olduğunu bildirib. Onun sözlərinə görə, problemin həlli üçün güclü iradə və dialoqa ehtiyac var.

"Bizim Ermənistana münasibətimiz səmimidir. Mən Türkiyənin ilk prezidentiyəm ki, bu ölkəyə baş çəkmişəm. Ermənistanla əlaqələrin normallaşmasına gəlincə, vurğulamalıyam ki, hələ ümidlər qalır", - deyə Türkiyə dövlət başçısı qeyd edib.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sərkisyan gələn il uydurma "soyqırım"ın 100 illiyi ilə bağlı Türkiyənin yeni prezidentini rəsmən ölkəsinə dəvət edib, eyni zamanda Sərkisyan bildirib ki, Türkiyə ilə münasibətləri qaydaya salmağa hazırdır. "Bütün baş verənlərə rəğmən, biz Türkiyə xalqına nifrət bəsləmirik. Nəinki bəsləmirik, üstəlik, elə şərait yaratmağa çalışırıq ki, iki xalq bir biri ilə ünsiyyətdə ola, barışıq yolları tapa bilsin", - deyə Sərkisyan qeyd edib. Onun sözlərinə görə, "məhz bu məqsədlə erməni tərəfi Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin qeyd-şərtsiz açılması mövqeyinə sadiqdir".

Türkiyə və Ermənistan rəhbərlərinin bu şəkildə açıqlamaları və sərhəd məsələsinin yenidən gündəmə daşınması bu istiqamətdə yeniliklərin olacağına işarə kimi qəbul olunur. Politoloq Qabil Hüseynli bildirdi ki, baş verənlər sərhədlərin açıqlaması məsələsinin gizli də olsa müzakirə edildiyinə işarədir: "Belə görünür ki, yenə də Türkiyə ilə Ermənistan arasında ya üçüncü dövlətin vasitəçiliyi ilə, ya da birbaşa İsveçrə protokollarının taleyi ilə bağlı illeqal danışıqlar aparılır. Məsələn, baş nazirin qondarma soyqırımına görə, həlak olanların yaxınlarından üzr istəməsi, indi isə prezident Abdulla Gülün Ermənistanla münasibətlərin siyasi perspektivlərinin olmasına işarə vurması, Serj Sərkisyanın isə qondarma soyqırım tədbirlərinə Türkiyə rəhbərliyini dəvət etməsi bəzi mətləblərdən xəbər verir. Hər halda belə görünür ki, Türkiyə 2015-ci ilə qədər, uzağı aprel ayına qədər Ermənistanla sərhədləri açmağa hazırlaşır. İndiyə qədər verilən mesajlar Türkiyənin ermənilərin qəlbini ələ almaq üçün ciddi güzəştlərə hazır olduğunu nümayiş etdirir. Amma ermənilərin buna reaksiyası olduqca təkəbbürlü və eyni zamanda çoxmənalı xarakter daşıyır. Erməni prezidentinin açıqlamasından bunları görmək mümkündür ki, ermənilər artıq Türkiyədəki ictimai rəyə, eləcə də siyasi elitaya təsir etmək imkanları qazanıblar".

Q.Hüseynli deyir ki, əvvəlki kimi ermənilər yenə də saxta iddialarında inadcıl görünürlər və Türkiyənin bu mənada Ermənistana jestləri anlaşılan deyil: "Onların qondarma soyqırım tədbirlərinə Türkiyə dövlət rəhbərini dəvət etməsi birbaşa soyqırımın tanınmasına dəvətdir. Bunu gəlişigözəl sözlər hesab etmək olmaz. Bir neçə il bundan əvvəl də Abdulla Gül "futbol diplomatiyası" xətti ilə İrəvanda oldu və onun ardınca da Sürix protokolları gəldi. İndi isə təkcə Abdulla Gül deyil, həm də hörmətli baş nazir Ərdoğan da ermənilərə ciddi reveranslar edir. Və onları sülhə, dostluğa çağırır. Kiçik və dünya siyasətinə o qədər də təsiri olmayan bir ölkə qarşısında bu cür reveranslar təəccüb doğurmaya bilməz. Ərdoğanın "erməni açılımı" siyasəti yenə də gündəmdədir. "Kürd açılımı" kimi bu da mütləq praktiki sonluğa gətirib çıxarmalıdır".

Bəs sərhədlər açılarsa, buna Azərbaycanın reaksiyası necə olacaq? 2009-cu ildəki baş verənlər yenidən yaşana bilərmi? Q.Hüseynli deyir ki, Türkiyə hakimiyyəti gələn ilə qədər Qarabağ danışıqlarında hansısa irəliləyişlərin olacağına inandırılıb. Ancaq politoloq bu vədlərin doğrulmamaq ehtimalının da böyük olduğunu düşünür: "Türkiyə hökuməti söz verib ki, Qarabağ məsələsində pozitiv dəyişiklik olmadan sərhədləri açmayacaqlar. İndi isə müəyyən söz-söhbətin olmasına baxmayaraq, hələ ki danışıqlar prosesi pozitiv nəticələrə gətirib çıxarmır. Hətta danışıqlar prosesinin nəticə verəcəyinə ümidlər bir az da azalıb. Zənnimcə, Dağlıq Qarabağ problemi həll edilmədən sərhədlər açılsa, Azərbaycan-Türkiyə münasibətlərinin bütün spektri ciddi sınaq dövrünü yaşayacaq. Görünür, Türkiyə tərəfi Davudoğlunun Moskva səfərindən və Ərdoğanın Putinlə danışığından xeyli ruhlanıblar. Ancaq Qarabağla başlayan proses baş tuta da bilər, tutmaya da. Bu baxımdan Türkiyə hökumətinin addımları daha çox prosesləri qabaqlamaq təsiri bağışlayır". /Musavat.com/

Tarix
2014.06.02 / 09:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla