Yuxarı

Qaradağda qayınata və gəlin bir-birini bıçaqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Bakının Qaradağ rayonu ərazisində ailə cinayəti qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından verdiyi məlumata görə, saat 13 radələrində Sahil qəsəbəsi, Zahid Qasımov küçəsində yaşayan Rüstəmovlar ailəsi ev bölgüsü üstündə bir-birinin qanını töküb.

Hadisə qayınata- 76 yaşlı Mehdi Heydər oğlu Rüstəmov ilə gəlini - 32 yaşlı Cəmilə Rüstəmova ilə mübahisə zamanı baş verib.

Belə ki, Cəmilə Rüstəmova şikayətində bildirib ki, qayınatası tərəfindən bıçaqlanıb. Gəlin onu da əlavə edib ki, evdə onu yola vermirlər. Baldızı, qaynı və qayınatası mütəmadi olaraq onu döyürlər. Mehdi Rüstəmov isə gəlininin yalan danışdığını deyib.

Qayınata əlavə edib ki, mübahisə zamanı gəlin əlinə bıçaq götürərək onun üstünə hücum çəkib. Bu zaman onun barmağı kəsilib. Gəlinin əlindən bıçağı almaq istəyən zaman isə gəlinin qolu sıyrılıb.

Rayon prokurorluğunun müstəntiqi Anar Şahverdiyev bildirib ki, Rüstəmovlar ailəsindəki problem 4 ildən çoxdur davam edir. Narazılıq isə ailədə ev bölgüsü üstündədir. Bu səbəbdən həmin ailədə demək olar ki, hər gün insident baş verir.

"Hələlik nə gəlinin, nə də qayınatanın bıçaqlanma iddiası öz təsdiqini tapmayıb. Hazırda məsələni araşdırırıq", - deyə Anar Şahverdiyev bildirib. /ANS/

Tarix
2014.06.02 / 12:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla