Yuxarı

Tanınmış jurnalistin qardaşı Suriyaya döyüşə gedib - Fotofakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Narahatlığım onun Suriyaya, döyüşə getməsi ilə bağlıdır".

Bunu Axar.az-a Nəsirov Firuz Sovet oğlunun itkin düşməsi ilə bağlı hadisəyə aydınlıq gətirən iqtisadçı-jurnalist Akif Nəsirov bildirdi:

"Daxili İşlər Nazirliyindən deyirlər ki, ölkədən çıxmayıb. Amma telefonlarına zəng çatmır. Digər tərəfdən də onun birgə namaz qıldığı Qaraçuxur məscidindəki sələfi qardaşları deyir ki, müalicəyə gedib. Mənimlə söhbətində də demişdi ki, Türkiyəyə müalicəyə getmək istəyir. Müalicəyə gedən adam heç olmasa qohum-əqrəbaya yerini deyər, axı!"

Jurnalist deyir ki, qardaşı bir müddət əvvəl həmin ərazidə dükan icarəyə götürüb işlədirmiş:

"Qardaşım Sabunçuda yaşayır. Amma namaza Qaraçuxur məscidinə gedirdi. Elə orda da dükan götürüb işlədirdi. Dünən getdim ora, gördüm ki, dükan bağlıdır. Orda olanlar dedilər ki, dükan xeyir gətirmədiyi üçün bağlanıb. Hələlik ondan bir xəbər öyrənə bilməmişəm".

Akif Nəsirli qardaşının Suriyaya getməyindən qorxduğunu deyir:

"Mənim narahatlığım onun Suriyaya getməyi ilə bağlıdır. Amma biz əvvəllər bu barədə onunla söhbət edəndə, o, Suriyadakı döyüşlərin təxribat olduğunu, din, islam uğrunda döyüşlərin getmədiyini deyirdi. Firuzun ora getməyə münasibəti mənfi idi. Amma ola bilər ki, onun dedikləri məni aldatmaq üçün imiş".

Xatırladaq ki, "Paralel" qəzetinin əməkdaşı olan Akif Nəsirli dünən yaydığı məlumatda mayın 28-dən etibarən qardaşından heç bir xəbər olmadığını deyib. O, qardaşının itkin düşməsi ilə bağlı rəsmi qurumlara müraciət də edib.

Tarix
2014.06.02 / 14:39
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla