Yuxarı

Putin yüksək rütbəli diplomatları Bakıya göndərir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 28-də Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu məlumat verib.

Onun sözlərinə görə, S.Narışkin iyunun 28-də Bakıda keçiriləcək ATƏT Parlament Assambleyasının yaz sessiyasında Rusiyanı təmsil edəcək. P. Bülbüloğlu deyib: "Narışkin Bakıya böyük nümayəndə heyətilə səfərə gələcək".

Səfir həmçinin qeyd edib ki, bu gün axşam Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin rəhbəri Aleksey Pavlovskinin başçılıq etdiyi nümayəndə heyəti də Azərbaycana səfərə gələcək:

"Səfər çərçivəsində iyunun 2-də Bakıda A.Pavlovski ilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov arasında məsləhətləşmələr keçiriləcək. Bundan əlavə, A. Pavlovski Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla da görüşəcək. Görüşlərdə Azərbaycan-Rusiya münasibətləri və bunun gələcək perspektivləri müzakirə olunacaq".

P.Bülbüloğlu iyunun 22-25-də Qəbələdə Rusiya-Azərbaycan Regional Forumunun da keçiriləcəyini söyləyib:

"Forumda Rusiyanın regional inkişaf naziri İqor Slyunyayevin başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən 8 qubernator, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Sultanov, mən və digər rəsmi şəxslər iştirak edəcək. Bu forumun Qəbələdə təşkil olunması bir daha onu göstərir ki, Azərbaycanın təkcə paytaxtı deyil, eyni zamanda regionları da sürətlə inkişaf edir".

Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Naziri Aleksey Ulyukayev hazırda Bakıda səfərdədir /Publika.az/.

Tarix
2014.06.02 / 18:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla