Yuxarı

Bakıda uçan keçid şəxsi mülk imiş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Bakı-Salyan şosesində, Şıx ərazisində, "Min bir gecə" istirahət mərkəzinin yaxınlığında uçan keçidlə bağlı sensasion təfərrüat bəlli olub.

Nə qədər qəribə səslənsə də, dünən uçan keçidin dövlət tərəfindən ayrılan vəsaitlə deyil, tanınmış iş adamı Fuad Əfəndiyevin şəxsi pulu ilə tikildiyini "Avropa.info" özəl mənbələrə istinadla xəbər verib.

Belə ki, Bakı-Salyan şossesi yenidən təmir olunub, genişləndirilərkən, "Lider Kola" Şirkətinin sahibi olan Fuad Əfəndiyevin həmin ərazidə olan şəxsi torpaq sahəsinin bir hissəsi plana düşüb. Bu zaman iş adamı ilə "Azəryolservis" ASC arasında narazılıq yaşanıb. Şıx ərazisində böyük torpaq sahəsi və demək olar ki, "villa şəhərciyi" olan Fuad Əfəndiyev sonda "Azəryolsevis" ASC ilə razılaşma əldə edib. Həmin razılaşmaya əsasən, yolun genişləndirilməsi zamanı plana düşən torpaqlarının əvəzində Fuad Əfəndiyevə "villa şəhərçiyi"ni dənizlə bağlamaq üçün keçid tikməyə icazə verilir. "Azəryolservis"in əvvəlki planında isə həmin ərazidə keçid tikmək yox imiş.

Uçan keçiddən əsasən, Fuad Əfəndiyevin ailə üzvləri istifadə edirmiş. Çünki keçidin yaxınlığındakı villaların hamısı demək olar ki, Əfəndiyevlər ailəsinə məxsusdur.

Fuad Əfəndiyevin son dövrlər bir çox məmurlarla münasibətləri kəskinləşdiyi də bildirilir. Hətta onun sahibi olduğu "Lider Kola" Şirkətinin ciddi maneələrlə üzləşdiyi barədə də şayiə gəzir.

Tarix
2014.06.03 / 00:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla